Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycanca Vikipediyada 200.844 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 200.844 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Möminə Xatun türbəsi — Azərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. |
Həftənin yaxşı məqaləsi
Minçin göy adamları — Xarici Hebrid adalarının şimalında və materik Şotlandiya arasındakı su zolağında məskunlaşan, dənizçiləri və qayıqları batırmaq üçün axtarışa çıxan mifoloji varlıqlar. Onlar Nort-Minç boğazında və qonşu şimal ərazilərdə, eləcə də Vik şəhərinə qədər şərqdə, həmçinin Şotlandiyanın bilinməyən ərazilərində yaşayırdılar. Onların dünyanın qalan hissəsində analoqu yoxdur. Bu mifoloji varlıqlar göy rəngdədirlər, lakin insanlara çox bənzəyirlər və təxminən eyni ölçüdədirlər. Fırtınalar törətmək gücünə malikdirlər, lakin yaxşı havalarda suyun səthində və ya onun altında yatırlar. |
Həftənin seçilmiş siyahısı
Çarli Çaplinin filmoqrafiyası — İngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (1889–1977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914–1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər. Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. O, Keystone-da çalışdığı zaman ssenarilər yazmağa və baş rolda özünün çəkildiyi bir neçə film çəkməyə başlayır. |
Xəbərlər
- ABŞ-nin hazırkı prezidenti Co Bayden (şəkildə) 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməkdən imtina edib.
- "CrowdStrike" kibertəhlükəsizlik şirkətinin xətalı proqram yenilənməsi qlobal kompüter kəsintilərinə səbəb olub.
- ABŞ-nin eks-prezidenti Donald Tramp Pensilvaniya ştatının Batler şəhəri yaxınlığında siyasi mitinq zamanı məruz qaldığı sui-qəsddən yaralı olaraq qurtulub.
- Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda prezident seçilib.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Tarixdə bu gün
23 iyul: Abxaziyada bayraq günü (şəkildə), Ərzincanda zəlzələ
1687 — Parisdə ilk Rusiya səfirliyi açıldı.
1784 — Türkiyənin Ərzincan şəhərindəki zəlzələ nəticəsində 5 min insan həlak oldu.
1881 — Belçikada dünyanın ən qədim idman federasiyası olan Beynəlxalq Gimnastika Federasiyası yaradıldı.
1903 — Ford istehsal etdiyi ilk avtomobili satışa çıxardı.
1992 — Abxaziya Gürcüstandan öz müstəqilliyini elan etdi.
1993 — Ağdam şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2005 — Misirdə üç bombanın partladılması nəticəsində 88 nəfər həlak oldu.
Bilirsinizmi…
Vikipediya məqalələrindən:
- Yerli inanca görə Smolensk şəhərində yerləşən Maral heykəlinin (şəkildə) tuncdan hazırlanmış cinsi orqanını sığallamaq uğur gətirir.
- Əslən Finlandiyadan olan Marutey Tsurunen Yaponiya parlamentinə seçilmiş ilk Yaponiyadan kənarda doğulmuş Avropa əsilli şəxsdir.
- "YouTube"-a yüklənən ilk video 23 aprel 2005-ci il tarixində "Me at the zoo" adlı 19 saniyəlik video olmuşdur.
- "Tetris" oyununun davamı kimi 1990-cı ildə buraxılmış "Wordtris" oyunu Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan tərəfindən dizayn olunmuş və ilk öncə "Armenica" olaraq adlandırılması təklif olunmuşdur.
- Yaponiyada yengəclərə həsr olunmuş yeganə muzey olan Eçizen Yengəc Muzeyinin binasının mərkəzi günbəzi yengəc qabığı, hər iki tərəfində yerləşən binalar da yengəc ayağı formasında dizayn edilmişdir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi