Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Şeytanİbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıqİslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.

Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır.

Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Abxaziyada müharibə — 1992-1993-cü illərdə Gürcüstan hökumət qüvvələri ilə Abxaziya separatçı qüvvələri, Rusiya hökumət silahlı qüvvələri və Şimali Qafqaz silahlıları arasında olan hərbi münaqişə. Müharibə zamanı Abxaziyada yaşayan etnik gürcülər əsasən Gürcüstan hökumət qüvvələrinin tərəfində çıxış etmişdilər. Abxazlar, erməniruslar isə müharibədə Abxaz separatçıları tərəfdə döyüşmüşdülər. Müharibə zamanı separatçılar minlərlə Şimali Qafqaz və Kazak yaraqlılarından və Abxaziya sərhədində yerləşən Rusiya Federasiyası hərbi qüvvələrindən dəstək almışdılar.

Bu münaqişənin alovlanması Gürcüstanda vətəndaş müharibəsi (devrilmiş Gürcüstan prezidenti Zviad Qamsaxurdiya tərəfdarları arasında - 1991-1992-ci illərdə və dövlət çevrilişindən sonra Eduard Şevardnadzenin rəhbərliyi ilə) gedişində baş verdi və Abxaziyada gürcülərin vəziyyətini daha da ağırlaşdırdi. Hələ üstəlik 1989-cu ildən bəri Cənubi Osetiya münaqişəsi də davam edirdi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Merilin Monronun filmoqrafiyasıamerikalı kinoaktrisa Merilin Monronun çəkilmiş olduğu filmlər haqqında məlumatları özündə cəmləşdirir. 1945-ci ildə Monro fotomodel karyerasına başlayıb, 1946-cı ildə isə Fox kino şirkəti ilə bir illik müqavilə imzalayıb və bu şirkətin bir neçə az tanınan filmlərində epizodik rollarda görünüb. O, özünün ilk baş rolunu 1948-ci ildə Columbia studiyasının az büdcəli müzikli olan "Xor qadınları" filmində oynayıb.

Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli