Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 189.483 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 189.483 məqalə mövcuddur.
Azərbaycan 2020 Yay Paralimpiya Oyunlarında — Azərbaycan 2021-ci ilin 25 avqust – 6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası oyunları 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (3 qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu. Ümumi komanda sıralamasında Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medal sayına görə isə 20-ci pillədə qərarlaşdı. |
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi.
Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. |
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısı — ABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.
Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur. |
- Braziliyada keçirilən prezident seçkilərində daha əvvəl iki dəfə prezident olmuş Luis İnasiu Lula da Silva (şəkildə) hazırkı prezident Jair Bolsonarunu məğlub edib.
- Hindistanın Qücərat ştatının Morbi şəhərində piyada körpüsünün aşması ən azı 135 nəfərin ölümü ilə nəticələnib.
- Somalinin paytaxtı Moqadişoda iki avtomobilin partladılması nəticəsində 100-dən çox adam ölüb, azı 300 isə nəfər yaralanıb.
- Cənubi Koreyanın Seul şəhərində Hellouin şənlikləri zamanı yaranan izdiham nəticəsində azı 156 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
- Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli İtaliyada keçirilən gənclər arasında şahmat üzrə dünya çempionatında qalib olublar.
- 1861 — Cefferson Devis Amerika Konfederativ Ştatlarının prezidenti seçildi
- 1926 — Azərbaycanda radio yayımları başlandı.
- 1937 — İtaliya Almaniya və Yaponiya arasında imzalanmış antikomintern paktına qoşuldu.
- 1943 — Kiyev alman qoşunlarından azad edilib.
- 1944 — ABŞ-da plutonium radioaktiv elementi sintez edildi.
- 1967 — Bakı Metropoliteninin "Bakı soveti", 26 Bakı komissarı metrostansiyası|"26 Bakı komissarı", "28 aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları istismara verildi.
- 1985 — Boqotada 19 aprel Hərəkatından olan solçu silahlı qrupun Ədalət Sarayında törətdiyi atışmada 11-i Ali Məhkəmənin hakimləri olmaqla, 115 nəfər öldü.
- Berinq boğazının mərkəzində yerləşən Diomid adalarının (şəkildə) arasında cəmi 4 km məsafə olsa da, müəyyən edilmiş vaxt zonalarına görə iki ada arasında 21 saat fərqi var. Buna görə bu iki adanı Sabah adası və Dünən adası da adlandırırlar.
- Rusiyada yerləşən Yəhudi Muxtar Vilayətində əhalinin ancaq 1%-i yəhudidir.
- İtaliyada il ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən futbolçulara verilən Qızıl unitaz mükafatının ilk qalibi Rivaldo olub.
- Adam Rayner tarixdə qeydə alınan yeganə şəxs olub ki, həm karlik, həm də qiqant olub. 19 yaşında boyu 111,5 santimetr olsa da, 51 yaşında boyu 235 santimetr olmuşdur.
- .nu internet kodu Niue adalarına məxsus olsa da, İsveç və Danimarkada daha populyardır, çünki həmin ölkələrdə "nu" sözü "indi" mənasına gəlir.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi