Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Flag of Azerbaijan.svg
Azərbaycan 2020 Yay Paralimpiya OyunlarındaAzərbaycan 2021-ci ilin 25 avqust – 6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası oyunları 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (3 qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.

Ümumi komanda sıralamasında Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medal sayına görə isə 20-ci pillədə qərarlaşdı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Accuratissima et Maxima Totius Turcici Imperii Tabula (cropped).jpg
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi.

Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Greater coat of arms of the United States.svg
Amerika Birləşmiş Ştatları prezidentlərinin siyahısıABŞ icraedici hakimiyyətdə qəbul etdiyi ABŞ Konstitusiyası tərəfindən təsis edilib. 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti oldu. Onun bu vəzifə başına keçməsindən öncə, "prezident" sözü "Kontinental konqresinin prezidenti" birləşməsində istifadə olunurdu.

Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Speyer - Altstadt - Altpörtel - Blick auf Domfassade und Kirchtürme mit Abendsonne.jpg