Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Ecazkar qadın.jpg
Ecazkar qadınDC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən""Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır.

Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir. Ecazkar qadın (Wonder Woman) başlığı DC Comics tərəfindən, 1986-cı il istisna olmaqla, fasiləsiz olaraq nəşr edilməkdədir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Poster of play Devil.jpg
İblis — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Birinci Dünya müharibəsi illərində qələmə alınan pyesdə yazıçı bir filosof və humanist kimi düşüncələrini ortaya qoyur, ədalətsiz müharibələrə, bu cür müharibələri qızışdıranlara etiraz edir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dram əsəridir. Pyes yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqət çəkir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir.

Pyes ilk dəfə 1924-cü ildə, daha sonra 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Population density of countries 2018 world map, people per sq km.svg
Əhalisinə görə meqapolislərin siyahısı — Siyahıda dünyanın müxtəlif ölkələrindən olan meqapolislərin əhalisi ardıcıllıqla düzülmüşdür. Meqapolis və ya iri şəhərlər deyildikdə, əmək bazarının böyük iş yerlərinin sıx olduğu bölgələr və bu zonalara birbaşa bağlı olan ətraf ərazilər nəzərdə tutulur. Hazırda meqapolis anlayışının dünyada dəqiq tərifi yoxdur. Bu səbəbdən də, şəhərlər arasında müqayisə çətinləşir. Əhalisinə görə meqapolislərin siyahısında bütün iri şəhər və metropolislərdəki əhalinin sayı hökumətlərin müəyyən illərdə keçirilmiş siyahıyaalmalarına əsaslanır.

Siyahıda 39 ölkədən 100 metropolitan şəhər yer almışdır.