Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Qarabaq ati.jpg
Qarabağ atıAzərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları AsiyaQafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.

Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, DonaRusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır.

Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Secaatname 0016 (cropped).jpg
Çıldır döyüşüSəfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində meydana gəlmiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Flag of the Mughal Empire (triangular).svg
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.
Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Spb StMichael Castle asv2019-09 img11.jpg