HTML
HTML | |
---|---|
Paradiqmalar | yaradıcı iş[d] |
Yaradılma tarixi | 1989[1][2] |
Tərtibatçılar | W3C, IETF |
Fayl sonluğu |
.html və ya .htm |
w3.org/html/ html.spec.whatwg.org/mul… w3c.github.io/html/ | |
Vikianbarda əlaqəli mediafayllar |
HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
Bütün veb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompüterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.
Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir.
İnkişaf tarixi[redaktə | mənbəni redaktə et]
HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 versiyasının işlənməsi başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni versiyasını çox brauzerlər dəstəkləyirdi.
1996-cı ildə artıq dilin HTML 3.2 (HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi) versiyasını bütün brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək səviyyəsinə yüksəldi. Veb-dizayn erasına başlanğıc verən yeni imkanlar ortaya çıxdı.
Dilin növbəti versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan yeni texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına sorğu göndərməyə imkan verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Lakin 2004-cü ildə HTML-in yeni versiyası HTML5-in yaradılmasına başlandı və 2014-cü il 28 Oktyabrda tamamlandı və standardlaşdırıldı. Hazırda HTML dilinin davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi) sayılır.
Nümunə[redaktə | mənbəni redaktə et]
<!DOCTYPE html>
<html>
<head>
<title>Səhifənizin adı</title>
</head>
<body>
<nowiki><p>Paraqraf</p></nowiki>
</body>
</html>
Mənbə[redaktə | mənbəni redaktə et]
- Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov. Kompüter. "Multimediya" mərkəzi, Bakı, 2006.
- Jennifer Ackerman Kettell, Guy Hart-Davis, Curt Simmons "Microsoft Office 2003, The Complete Reference" McGraw-Hill Companies, 2005/
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- Veb masterlər üçün jurnal
- Veb texnologiyalar
- Html Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- ↑ Raggett on HTML 4. 1998. ISBN 978-0-201-17805-0
- ↑ https://www.w3.org/History/1989/proposal.html.