Ana səhifə
Jump to navigation
Jump to search
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 186.009 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 186.009 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir.
Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Xankəndi, Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur. |
Həftənin yaxşı məqaləsi
Çıldır döyüşü — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində meydana gəlmiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. |
Həftənin seçilmiş siyahısı
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısı — Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi. |
Xəbərlər
- Ranil Vikramasinqhe (şəkildə) iqtisadi böhranla bağlı etirazlar fonunda parlament tərəfindən Şri-Lankanın prezidenti seçilib.
- Avropada anormal isti hava 4200-dən cox insanın ölümünə səbəb olub.
- Rusiya və Ukrayna Birləşmiş Millətlər Təşkilatı və Türkiyə ilə Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə ixracına dair müqavilələr imzalayıb.
- Maqnus Karlsen 1975-ci ildən sonra titulunu qorumaqdan imtina edən ilk şahmat üzrə dünya çempionu olub.
- Ceyms Vebb teleskopu bu günə qədər bilinən ən qədim qalaktikanı aşkar edib.
- Ümumdünya Səhiyyə Təşkilatı Meymunçiçəyi epidemiyasını beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.
Tarixdə bu gün
13 avqust: Tunisdə qadınlar günü, Beynəlxalq solaxaylar günü
1907 — Nyu-Yorkda ilk taksi fəaliyyətə başlamışdır.
1914 — Rusiyada hərbi senzura baş vermişdir.
1937 — Şanxay müharibəsi başlamışdır.
1946 — Britaniya qüvvələri Fələstindən Kiprə qanundankənar imiqrantları köçürtməyə başlamışdır.
1952 — Almaniya və Yaponiya Beynəlxalq valyuta fonduna üzv oldu.
1960 — Mərkəzi Afrika Respublikası Fransadan müstəqilliyini elan etmişdir.
1966 — Tunisdə qısa yubka geyinmək qadağan edildi.
Bilirsinizmi...
Vikipediya məqalələrindən
- Ayrılıq mahnısı ilk dəfə 1958-ci ildə Tehran Radiosunda səsləndirilib.
- Bakı şəhərində yerləşən Mələkli ev (şəkildə) 1917-ci il oktyabr inqilabına qədər Sergey Tumayevə məxsus idi.
- "Latviya" (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə "Letiya" şəklində Henrix səlnamələrində (1209) rast gəlinmişdir.
- İngiltərənin paytaxtı London şəhərində yerləşən Viktoriya memorialı Böyük Britaniyanın dəniz gücünü ifadə edir.
- Kanada azərbaycanlıları əsasən Kanadanın Ontario vilayətində yaşayırlar.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi