Google Play Pass ilə tanış olun
Yüzlərlə super oyun və tətbiqə reklamsız və ya tətbiqdaxili alışsız giriş təmin edir. Yeni abunəçilər bizim tərəfimizdən ödənilən sınağa başlaya, sonra sadəcə aylıq aşağı qiymət ödəməklə əldə edə bilərlər. İllik abunəlik də əlçatandır.1
Başlayaq?
Qeydiyyatdan keçmək üçün Android cihazınızda Play Marketə girin1
Google Play Market tətbiqini açın
Profil ikonasına, sonra Play Pass'a toxunun
Tez-tez verilən suallar
Google Play Pass'ın qiyməti nədir?
Google Play Pass Azərbaycan ərazisində ayda 2,49 $, ildə isə 21,99 $ təşkil edir və ailə menecerləri girişi 5 nəfərədək ailə üzvləri ilə paylaşa bilər.2
Hansı tətbiqlər və oyunlar daxildir?
Google Play Pass'a hər ay yeni əlavələrlə birlikdə yüzlərlə oyun və tətbiq daxildir. Kataloqu araşdırmaq üçün Android cihazınızda Google Play Marketə baxın.
Mənə Android cihazı lazımdır?
Bəli, Google Play Pass 16.6.25 və sonrakı Play Market versiyası, 4.4 və sonrakı Android versiyası ilə işləyən mobil və planşet cihazlarına uyğundur. Abunə olmaq üçün uyğun bir Google Hesabına (valideyn, məktəb və ya digər təşkilat tərəfindən idarə olunmayan) ehtiyacınız olacaq.
Haradan ətraflı məlumat əldə edə bilərəm?
Google Play Pass'ın necə işlədiyi, ailə ilə paylaşmağa necə başlamaq və sair barədə ətraflı məlumat üçün yardım mərkəzi məqaləmizə baxa bilərsiniz.
Developerlər necə cəlb edilə bilər?
Google Play Pass'a super əlavə olacağını düşündüyünüz tətbiq və ya oyun təcrübəsi yaradırsınızsa, ətraflı məlumat əldə edə və bu formanı dolduraraq iştirak etmək istəyinizi bildirə bilərsiniz.