Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Ben Shapiro (49290212823) (cropped).jpg
Ben ŞapiroABŞ mühafizəkar siyasi şərhçisi, ictimai spikeri, yazıçısıhüquqşünası. O, 17 yaşında olarkən ABŞ-da milli şəkildə sindikatlaşdırılmış ən gənc icmalçı olmuşdur. Şapiro "Creators Syndicate" və "Newsweek" üçün icmallar yazır, qurduğu "The Daily Wire" veb-saytının baş redaktoru, "The Ben Shapiro Show" gündəlik siyasi podkastı və canlı radioverilişinin aparıcısıdır. 2012-ci ildən 2016-cı ilə qədər "Breitbart News" veb-saytının redaktor-konsultantı olmuş Ben Şapiro bu günə kimi 11 kitab yazmışdır. Onların birincisi "Beyni təmizlənmiş. Universitetlər Amerikanın gəncliyini necə təlqin edir" (2004), ən yenisi isə "Tarixin düzgün tərəfi. Səbəb və mənəvi məqsəd Qərbi necə möhtəşəm etdi" (2019).

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
RodasTopográfico2.svg
Rodosun fəthi — 1248–1250-ci illərdə Rodos şəhərinineyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Coa Hungary Country History Kossuth.svg
Macarıstan forintinin sikkələri — Sikkələr 1946-cı ildən bu günə qədər buraxılır. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir.

1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur.

Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
BennyTrapp Chamaeleo chamaeleon Samos Griechenland.jpg