Məğlubedilməz (film, 1988)

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Məğlubedilməz
ing. Die Hard
Məğlubedilməz (film, 1988).jpg
Janr döyüş filmi[2][3][4][…], roman ekranlaşdırması[d], soyğun filmi[d]
Əsas mövzu Los Anceles Polis Departamenti, terrorizm
Rejissor Con Maktinar
Ssenari müəllifləri Stiven de Souza
Ceb Stüart
Baş rollarda Brüs Uillis
Alan Pikman
Bonni Bedelia
Aleksandr Qudunov
Al Leonq
Bəstəkar Maykl Keymen
İstehsalçı 20th Century Fox
Distribüter 20th Century Fox, Netflix
İlk baxış tarixi 15 iyul 1988[4][5], 30 sentyabr 1988[6], 10 noyabr 1988[7]
Rəng rəngli
Müddət 132 dəqiqə
Büdcə $28 milyon
Gəlir $140.7 milyon[1]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1988
IMDb ID 0095016
Çəkiliş yeri Los-Anceles

Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ fili. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir. Yeganə ələ keçirilməyən şəxs isə Con Makleyndir. Bu hadisədən sonra MakKleyn təkbaşına onlarla mübarizə aparmağa başlayır.

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Brüs Uillis bu filmə görə 5 milyon dollar mükafat almışdır.
  • Filmdə "Nakatomi Plaza" adı ilə göstərilən göydələn, əslində "20th Century Fox" kinokompaniyasına məxsus olan "Fox Plaza" göydələnidir.
  • Alan Rikman filmin sonunda 6–7 m-dən tullanır. Lakin bunu göstərmək üçün ilk növbədə filmin refissoru tullanmağa məcbur olur. Film heyəti üçə qədər saymamış Alan Rikman tullanır və dizindən zədə alır.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Die Hard". Box Office Mojo. July 7, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 7, 2013. (#invalid_param_val)
  2. http://www.filmstarts.de/kritiken/38896-Stirb-langsam.html.
  3. http://www.imdb.com/title/tt0095016/.
  4. 1 2 http://www.metacritic.com/movie/die-hard.
  5. Box Office Mojo (ing.). 1999.
  6. http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=16045&type=MOVIE&iv=Basic.
  7. IMDb (ing.). 1990.
  8. Məğlubedilməz Kinopoisk.ru saytında

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]