Nauru

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Nauru Respublikası

Repubrikin Naoero
Republic of Nauru
Nauru
Nauru gerbi
Gerb
Şüarı: God’s Will First
Tanrının iradəsi hər şeydən vacibdir
Himni: Nauru Bwiema
Nauru nəğməsi
Nauru xəritədə yeri
PaytaxtıRəsmi paytaxtı yoxdur (de-fakto: Yaren)
Ən böyük şəhəriYaren, Deniqomodu
Rəsmi dilləriNauru diliİngilis dili
Etnik qrupları
nauru( 58%),çinlilər, avropalılar
İdarəetmə formasıParlamentli respublika
• Prezident
Lionel Ainqimea
• Parlament spikeri
Markus Stepen
YaranmasıMüstəqilliyin elanı - 31 yanvar 1968
Tarixi 
• Yaranması
31 yanvar 1968
Ərazisi
• Ümumi
21 km² (240-cı yer)
Əhalisi
• 2018 təxmini
11,000 (226 yer)
• 2002 siyahıya alma
10 065
• Sıxlıq
455/km2 (1,178.4/kv. mil)
ÜDM (AQP)2005 təxmini
• Ümumi
60 mln $ (223)
• Adam başına
5 000 $ (158)
ValyutasıAvstraliya dolları
Saat qurşağı+12
Telefon kodu674
ISO 3166 koduNR
İnternet domeni.nr

Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də VatikanTuvaludan sonra ən əhaliyə malik dövlətdir.

Nauru ilk olaraq ən az 3000 il əvvəl MikroneziyaPolineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.

Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfatkalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Nauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə tapılar, bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Nauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir.Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir.Ada mərcan rifi ilə əhatə olunub hansıki adada bir dəniz limanının yaradılmasına imkan vermir.Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür.Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.

İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

Nauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).

N Bölgə Ərazi, ha Əhali (2011) Sıxlıq

Nəfər/ha

Yaşayış

məntəq

ələrinin

sayı

1 Ayvo 1 1,220 11.1 8
2 Anabar 1 452 3.0 15
3 Anetan 1 587 5.9 12
4 Anibar 310 226 0.7 17
5 Baitsi 120 513 4.3 15
6 Boe 50 851 17.0 4
7 Buada 260 739 2.8 14
8 Denigomodu 118 1,804 15.3 17
9 Eva 120 446 3.7 12
10 Iyuv 110 178 1.6 13
11 Meneng 310 1,380 4.5 18
12 Nibok 160 484 3.0 11
13 Uaboe 80 318 3.0 6
14 Yaren 150 747 4.0 7
Nauru 2,120 10,084 4.8 169

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

İdmanı[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Naurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.

Din[redaktə | mənbəni redaktə et]

Ölkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.

Şəkillər[redaktə | mənbəni redaktə et]

Nauru Anibar körfəzi
Nauru Parlament binası

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]