Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Bon Jovi In Montreal By Anirudh Koul.jpg
Bon Jovi1983-cü ildə ABŞ-ın Nyu Cersi əyalətində Riçi Sambora, Tiko Torres, Devid BrayanAlek Con Saçdan ibarət olan heyəti ilə Con Bon Covi tərəfindən qurulmuş bir rok qrupudur. 1994-cü ildə qrupun bass gitaristi Alek Con Saçın ayrılığı xaricində qrup təxminən 30 ildir eyni heyət ilə musiqi fəaliyyətinə davam edir.

Bon Jovi, karyerası boyunca 11 studiya albomu, 3 yığma albom və 1 də konsert (canlı) albomu yayımlamışdır. Bütün dünyada günümüzə qədər 130 milyonluq albom satışı əldə edən qrup, Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, AfrikaAvstraliyada müxtəlif şəhərlərdə cəmi 50 ölkədə 2700 konsert vermiş və 35 milyon adam canlı performanslarını izləmə şansı əldə etmişdir.

Bon Jovi 2006-cı ildə İngiltərədə UK Music Hall of Fame tərəfindən şərəfləndirildi və İngilis Q jurnalının 2004-cü ildə hazırladığı Bütün Zamanların Ən Böyük 50 qrupu sıralamasında 14-cü sırada yer aldı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Silver Plate from Yenikand, Azerbaijan.jpg
Qafqaz Albaniyasının incəsənətiQədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Flag of the Mughal Empire (triangular).svg
Böyük Moğol İmperiyası hökmdarlarının siyahısıBöyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.
Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
140531 Forellen auf dem Grill.jpg