Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Steins gate xbox360.jpg
Steins;Gate5pb.Nitroplus tərəfindən istehsal olunmuş və 2009-cu ilin 15 oktyabrında Xbox 360 platforması üçün yayımlanmış Yaponiya vizual romanı. Bu 5pb. və Nitroplus şirkətlərinin "Science Adventure" oyun seriyası çərçivəsində "Chaos;Head" oyunundan sonra istehsal etdiyi ikinci oyundur, bu oyunu "Robotics;Notes" izləmişdir. Oyunun Windows üçün versiyası 26 avqust 2010-cu ildə, PlayStation Portable üçün versiyası 23 iyun 2011-ci ildə, iOS üçün versiyası 25 avqust 2011-ci ildə, PlayStation üçün versiyası 24 may 2012-ci ildə, PlayStation Vita üçün versiyası 14 mart 2013-cü ildə və Android üçün versiyası 27 iyun 2013-cü ildə yayımlanmışdır. İstehsalçı komanda tərəfindən oyun "hipotetik elm ADV-si" (想定科学ADV Sōtei Kagaku ADV?) adlandırılmışdır. Oyun bir-birinə qarşılıqlı təsir göstərən ssenarilər təklif edən xətti süjetə malikdir. JAST USA 31 mart 2014-cü ildə Şimali Amerikada oyunu PC platforması üçün yayımlamışdır (həm rəqəmsal, həm fiziki versiyalar). PQube isə 2015-ci ildə oyunun PS3 və PS Vita üçün versiyalarını Şimali AmerikaAvropada satışa çıxarmışdır. Oyunun iOS platformaları üçün versiyasının ingilisdilli tərcüməsi hələ ki yayımlanmamışdır.

Oyunun manqa adaptasiyası Saraçi Yomi tərəfindən hazırlanmış və 26 sentyabr 2009-cu ildə "Media Factory"-nin "Monthly Comic Alive" manqa jurnalında nəşr olunmağa başlanmışdır. Kenci Mizuta tərəfindən çəkilmiş ikinci manqa seriyasının serializasiyasına 28 dekabr 2009-cu ildə "Mag Garden"-in "Monthly Comic Blade" jurnalında başlanılmışdır.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
20150514 ESC 2015 Elnur Huseynov 5651.jpg
Elnur Hüseynovazərbaycanlı estrada müğənnisi.

Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014-2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.

Elnur Hüseynov 1987-ci ildə martın 3-də Türkmənistan SSR-in Aşqabad şəhərində hərbçi ailəsində anadan olmuşdur. Anası musiqi nəzəriyyəçisidir, atası isə hərbçi həkimdir. Elnurun özündən kiçik bir qardaşı da var. O, 1992-ci ildə Türkmənistan Konservatoriyası yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Ordubadda Qeysəriyyə abidəsi 03.JPG
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısıdır. Siyahıda ən qədim abidələr Qafqaz Albaniyası dövrünə aid Qax rayonu ərazisindəki Ləkit məbədiŞabran rayonu ərazisindəki Çıraqqaladır. Siyahıdakı abidələrdən on ikisi UNESCO-nun Ümumdünya irsi siyahısına, on altısı isə ehtiyat (namizəd) siyahısına salınmış abidələrdir. Siyahıda qeyd edilmiş abidələrin doqquzu mədəniyyət, memarlıq və tarix qoruqlarıdır.
Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Quedlinburg asv2018-10 img04 pano from Muenzenberg.jpg