Kuba

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Kuba Respublikası

República de Cuba  (İspan)
Kuba
Kuba gerbi
Gerb
Şüarı: "¡Patria o Muerte, Venceremos!" (İspan)[1]
Vətən və ya ölüm, qalib gələcəyik!
Himni: La Bayamesa
(ing. "The Bayamo Song")[2]
Kubanın xəritədə yeri
Kuba xəritədə yeri
Paytaxtı
və ən böyük şəhəri
Havana
23°08′ şm. e. 82°23′ q. u.
Rəsmi dilləriİspan
Etnik qrupları
(2012)[3]
  • 64.1% Ağ dərili
  • 26.6% Qarışıq
  • 9.3% Qaradərili
Demonim(lər)iKubalı
İdarəetmə formasıUnitar Marksist–Leninist təkpartiyalı sosialist respublika[4]
• Komunist Partiyasının birinci katibi
Migel Dias-Kanel
• Prezident
Migel Dias-Kanel
• Vitse-prezident
Salvador Valdes Mesa
• Komunist Partiyasının ikinci katibi
Xose Ramon Maçado Ventura
• Milli Assambleyanın prezidenti
Esteban Laso
Müstəqillik
Tarixi 
• Müstəqilliyin elan edilməsi
10 oktyabr 1868
• Müstəqillik müharibəsi
24 fevral 1895
• Tanınması (İspaniyadan ABŞ-a təhvil verildi)
10 dekabr 1898
• Respublika elan olundu (ABŞ-dan müstəqillik)
20 may 1902
26 iyul 1953 – 1 yanvar 1959
• Mövcud konstitusiya
10 aprel 2019
• Yaranması
10 dekabr 1898
Ərazisi
• Ümumi
109,884 (104-cü)
• Su (%)
0.94
Əhalisi
• 2018 siyahıya alma
11,209,628[5] (82-ci)
• Sıxlıq
102.1/km2 (264.4/kv. mil) (114-cü)
ÜDM (AQP)2015 təxmini
• Ümumi
US$ 254.865 milyard[6]
• Adam başına
US$ 22,237[6][7]
ÜDM (nominal)2017 təxmini
• Ümumi
US$ 96.851 billion[8] (63-cü)
• Adam başına
US$ 8,433[9] (76-cı)
Cini indeksi (2000)38.0[10]
orta
İİİ (2018)0.778[11]
yüksək · 72-ci
ValyutasıKuba pesosu (CUP)
Saat qurşağıUTC-5 (KV)
• Yay (DST)
UTC-4 (KYV)
(11 mart — 4 noyabr)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu+53
ISO 3166 koduCU
İnternet domeni.cu
Rəsmi vebsaytı
cubagob.cu
Kuba

Kuba Respublikası (isp. República de Cuba) — bir ada dövləti. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Baham adaları, cənubunda Kayman AdalarıYamayka, cənub-şərqində HaitiDominikan Respublikası yerləşir.

28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.

Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Karib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olmuşdur. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hündu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.

Faydalı qazıntıları[redaktə | mənbəni redaktə et]

Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur.[12].Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artmışdır.[13]. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.

Kuba zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur.[14].

Kuba həmçinin iri mis filizi (Oryente və Pinar-del-Rio əyalətlərində), marqan filizi (Oryente əyalətində), xromit (Kamaquey əyalətində), kaolin (Pinos adasında)[15], dəmir filizi, asbest, daş duz və fosfor yataqlarına malikdir.

1984-cü ildə ölkənin qərbində neft və qaz yataqları aşkar edilmişdir.[16].

2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılmışdır.[17]

Bəzi məlumatlara görə Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara görə Kubada neft ehtiyatları 178,9 mln. barrel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.[18]

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olmuşdur. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırmışdır.[19]

İnzibati ərazi bölgüsü[redaktə | mənbəni redaktə et]

Kuba federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə - Huventud adasına bölünür.

  1. Huventud adası (isp. Isla de la Juventud)
  2. Pinar-del-Rio (isp. Pinar del Rio)
  3. Artemisa (isp. Artemisa)
  4. Mayabeke (isp. Mayabeque)
  5. Havana (isp. Ciudad de La Habana)
  6. Matansas (isp. Matanzas)
  7. Syenfueqos (isp. Cienfuegos)
  8. Vilya-Klara (isp. Villa Clara)
  1. Sankti-Spiritus (isp. Sancti Spiritus)
  2. Syeqo-de-Avila (isp. Ciego de Avila)
  3. Kamaquey (isp. Camagüey)
  4. Las-Tunas (isp. Las Tunas)
  5. Qranma (isp. Granma)
  6. Olqin (isp. Holguin)
  7. Santyaqo-de-Kuba (isp. Santiago de Cuba)
  8. Quantanamo (isp. Guantanamo)
CubaSubdivisions.png

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cuban Peso Bills". Central Bank of Cuba. 2015. 26 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 February 2017.
  2. "National symbols". Government of Cuba. 15 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2009.
  3. official 2012 Census Arxivləşdirilib 3 iyun 2014 at the Wayback Machine
  4. "The Constitution of the Republic of Cuba, 1976 (as Amended to 2002)" (PDF). National Assembly of People's Power. 17 January 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 August 2012.
    For discussion of the 1992 amendments, see Domínguez, 2003.
  5. "Population of Cuba" (PDF). 18 December 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 10 July 2019.
  6. 1 2 "World Bank GDP PPP 2015, 28 April 2017 PDF". İstifadə tarixi: 18 January 2018.
  7. "World Bank total population of Cuba in 2015 (GDP PPP divided by Population data)". 11 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 January 2018.
  8. "GDP (current US$)". 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
  9. "GDP per capita (current US$)". 2020-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-19.
  10. "Cuba grapples with growing inequality". Reuters. 17 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2013.
  11. "Table 2: Trends in the Human Development Index, 1990–2014". United Nations Development Programme. 22 March 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 15 December 2015.
  12. Большая Советская Энциклопедия. / редколл., гл. ред. Б. А. Введенский. 2-е изд. Т.23. М., Государственное научное издательство «Большая Советская энциклопедия», 1953. стр.578-584
  13. Страны мира: краткий политико-экономический справочник. М., Политиздат, 1988. стр.397-400
  14. "Ivette E. Torres. «The Mineral Industry of Cuba». U.S. Geological Survey. 1997" (PDF). 2017-10-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-04-21.
  15. Э. А. Гриневич, Б. И. Гвоздарёв. Вашингтон против Гаваны: кубинская революция и империализм США. М., «Международные отношения», 1982. стр.40-42
  16. Страны мира: краткий политико-экономический справочник. М., «Республика», 1993. стр.224-226
  17. Wayne S. Smith. After 46 years of failure, we must change course on Cuba Arxivləşdirilib 2013-04-16 at the Wayback Machine // «The Guardian», 1 ноября 2006
  18. CIA The World Fact Book. Cuba Arxivləşdirilib 2020-05-16 at the Wayback Machine (ing.)
  19. "Ən məşhur mədəniyyət mərkəzləri — ann.az". 2011-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.