Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
TCCKhaldun.jpg
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanıniqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, TunisdəMərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra QranadaMisirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.

Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi".

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Ayuntamiento Principal, Gdansk, Polonia, 2013-05-20, DD 01.jpg
Qdansk ratuşasıPolşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.

Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Shahriar.jpg
İran azərbaycanlılarının siyahısıİran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15 - 35 milyondur. Bu isə İran əhalisinin 18% - 50%-ni təşkil edir.

Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər.

Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Полонина Григорівка.jpg