Ana səhifə
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycan dilində 182.316 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 182.316 məqalə mövcuddur.
İbn Xəldun — çağdaş tarixin, sosiologiyanın və iqtisadiyyatın öncüllərindən biri olaraq qəbul edilən XIV əsr filosofu, dövlət xadimi və tarixçisi. Nüfuzlu bir ailənin övladı olduğu üçün gözəl təhsil almış, Tunisdə və Mərakeşdə dövlət vəzifələrində xidmət etdikdən sonra Qranada və Misirdə çalışıb. Şimali Afrikanın o dönəmki qeyri-sabit və intriqalarla dolu siyasi quruluşu onun 2 il həbsdə yatmasına səbəb olmuşdur. Daha sonra Bədəvi qəbilələrini çox yaxşı tanımasına görə axtarılan bir dövlət xadimi və müşavirə çevrilmişdir. Dəməşqi işğal edən Əmir Teymurla olan görüşməsi tarixə düşmüşdür.
Siyasi fəaliyyətdən çəkildikdən sonra adını tarixə yazan 7 cildlik dünya tarixi, Kitabul-İber və onun giriş kitabı olaraq düşündüyü Müqəddiməni yazıb. Əsəri ərəb dünyasına ciddi təsir göstərməsə də, Osmanlı tarix anlayışına dərindən təsir göstərmişdir. Bir çox Osmanlı tarixçisi Osmanlı dövlətinin yüksəlişini və tənəzzülünü onun nəzəriyyələri ilə əsaslandırmışdır. XIX əsrdə İbn Xəldun Avropa tarixçiləri tərəfindən kəşf edilmiş və onun fəaliyyəti yüksək qiymətləndirilmişdir. İngilis tarixçisi Arnold Cozef Toynbi onun haqda belə bir fikir söyləmişdir: "Hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibi". |
Qdansk ratuşası — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir. Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir.
Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. |
İran azərbaycanlılarının siyahısı — İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15 - 35 milyondur. Bu isə İran əhalisinin 18% - 50%-ni təşkil edir.
Azərbaycanlılar əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar, aborigen xalqdır və əhalinin əsas hissəsini təşkil edirlər. Ərdəbil, Urmiya, Təbriz, Zəncan ostanlarında əhalinin əsas hissəsidirlər. Bütünlükdə isə farslardan sonra İranda yaşayan xalqlar içində sayca ən çoxdurlar. |
- 3 apreldə Bakı şəhərinin Səbail rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda güclü partlayış olub.
- Azərbaycan Respublikasının 1-ci prezidenti Ayaz Mütəllibov (şəkildə) 83 yaşında vəfat edib.
- 25 fevraldan etibarən Belarusdan hücuma keçən Rusiya Silahlı Qüvvələrinə məxsus birliklər Kiyev şəhəri uğrunda döyüşlərə başlayıblar.
- 24 fevralda Çernobıl təcrid zonası və Pripyat uğrunda baş verən şiddətli döyüşlərdən sonra ərazi Rus ordusunun nəzarətinə keçib.
- Fevralın 24-də Rusiya Ukraynanı işğal etməyə başlayıb.
- Fevralın 22-də Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə imzalanıb.
- Rusiya Prezidenti Vladimir Putin televiziya ilə müraciətində Ukraynanın Donbas regionunda separatçıların nəzarətində olan ərazilərdə yaradılmış qondarma Donetsk və Luqansk "xalq respublikalarının" müstəqilliyini tanıdığını elan edib.
- Ankarada yerləşən Anıtqəbir mavzoleyi 1941-ci ildə Türkiyə Hökümətinin keçirdiyi layihə müsabiqəsi nəticəsində 48 digər layihə arasından seçilmiş memarlar Emin Onat və Əhməd Orxan Ardanın birgə layihəsi əsasında inşa edilmişdir.
- 743-744 illərdə inşa edilmiş Şamaxı Cümə məscidi Cənubi Qafqazda Dərbənd cümə məscidindən sonra ən qədim məsciddir.
- Mexaniki reduktor fırlanma momentini bir və ya bir neçə mexaniki ötürmənin köməyi ilə ötürən və çevirən mexanizmdir.
- Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik ikinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
- Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikiverilənlər Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi