Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Gasimushagy carpets.jpg
Qasımuşağı xalçalarıAzərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça.

Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmirtaxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin) heç bir xəritədə qeyd edilməməsi olmuşdur. (Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Qasımov qardaşları.jpg
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.

Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Maral Rəhmanzadə Avto-portret.jpeg
Azərbaycan rəssamlarının siyahısıAzərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlıAzərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının siyahısı. Siyahı soyadı sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar daxildir.
Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Four ladies wearing a yukata in front of the North Gate of Kiyomizu-dera temple Kyoto Japan.jpg