Ədəbiyyat — insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Qısaca desək ədəbiyyat bədii və ya intellektual dəyəri olduğu hesab olunan sənət forması və ya hər hansı sənət forması kimi istinad edilən yazı işidir. Ədəbiyyat şifahi və yazılı olmaqla iki yolla yaranıb və inkişaf edir. Ədəbiyyat ifadə formasına, növünə və ya tarixinə görə müxtəlif janrlara bölünür.
Roluinqin debüt kitabı olan bu roman ilk dəfə 26 iyun1997-ci ildə “Bloomsbury” nəşriyyatı tərəfindən Londonda nəşr edilmişdir. 1998-ci ildə “Scholastic Corporation” nəşriyyatı “Harri Potter və Sehrbaz Daşı” (Harry Potter and the Sorcerer's Stone) adı ilə romanın ABŞ versiyasını nəşr etdi. Kitab BK və ABŞ-da bir çox mükafatlara layiq görülmüşdür. 1999-cu ilin avqustunda kitab “The New York Times”ın ən çox satılan fentezi romanları siyahısında birinci yerə yüksəlmiş, 1999-2000-ci illər ərzində bu mövqeyə yaxın yerlərdə qərarlaşmışdır. Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş roman 2011-ci ildə “Qanun” nəşriyyatı tərəfindən nəşr edilmişdir. Roman əsasında 2001-ci ildə eyni adlı film çəkilmişdir.
Con Kennedi iyirmi dəqiqədə dörd qəzet oxuya bilirdi;
Volter eyni zamanda bir neçə əsər yazırdı. O iş stoluna oturaraq əhval-ruhiyyədən asılı olaraq əlyazmanı götürür və onun üstündə işləməyə davam edirdi;
Məşhur "Ovod" romanın yaradıcısı Etel Lilian Voyniç bəstəkar idi və hətta öz musiqi əsərlərini ədəbiyyat əsərlərindən daha əhəmiyyətli hesab edirdi;
Şerlok Holmsun prototipi London xəfiyyəsi Filipp Biq idi. 1885-dən 1910-cu ilə qədər Londonda bütün böyük cinayətlərin açılışı onun işi idi;
Yeni əsər üzərində işləməyə başlayaraq Onore de Balzak, bir-iki ay otağında bağlanırdı və pəncərə qapaqlarını kip bağlayırdı ki, onlar vasitəsilə işıq daxil olmasın. O şam işığında, xələtə geyinmiş və hər gün 18 saat yazırdı;
Dünyanın ən uzun əlifbası 74 hərflik Kamboca əlifbasıdır;