Karl Marks

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Karl Marks
alm. Karl Marx
Karl Marx 001.jpg
Doğum adı Karl Heinrich Marx
Doğum tarixi 5 may 1818(1818-05-05)[1][2][3][…]
Doğum yeri
Vəfat tarixi 14 mart 1883(1883-03-14)[4][1][3][…] (64 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xəstəliyi[d]
Dəfn yeri
Vətəndaşlığı
Həyat yoldaşı
Uşaqları
Atası Henriks Marks[d][2][7][12][…]
Elm sahələri iqtisadiyyat, sosiologiya, fəlsəfə, iqtisadiyyat
Elmi dərəcəsi fəlsəfə doktoru[13][7][8]
İş yerləri
Təhsili
Elmi rəhbəri Bruno Bauer[d]
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Henrix Marks (alm. Karl Heinrich Marx‎; 5 may 1818[1][2][3][…], Trir, Reyn əyaləti[d], Prussiya[5][6][2][…]14 mart 1883[4][1][3][…], London, İngiltərə, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı[5][7][8][…])[16] — alman filosof, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçı, tarixçi, sosioloq, siyasi nəzəriyyəçi, jurnalist və sosialist inqilabçı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquqfəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen(en) ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya Muzeyinin Oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Das Kapital" (1867–1883) kitabıdır.[17] Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi.[18] Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun özü özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı.[19] Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi.[20]

Bəşər tarixinin ən təsirli şəxsiyyətlərindən biri kimi təsvir olunan Marksın yaradıcılığı həm təqdir, həm də tənqid edilmişdir.[21] Onun iqtisadiyyat sahəsindəki əsərləri əmək və onun kapitalla əlaqəsi haqqında bəzi müasir nəzəriyyələrin əsasını təşkil edir.[22][23][24] Dünyada bir çox ziyalılar, həmkarlar ittifaqları, rəssamlar və siyasi partiyalar Marksın yaradıcılığından təsirlənmiş, bir çoxu onun ideyalarını dəyişdirmiş və ya uyğunlaşdırmışdır. Marks adətən müasir sosial elmlərin əsas memarlarından biri kimi qeyd olunur.[25][26]

Həyatı[redaktə | mənbəni redaktə et]

Uşaqlıq illəri və ilk təhsili: 1818—1836[redaktə | mənbəni redaktə et]

Trir şəhərində, indiki Brükenqasse 10 ünvanında yerləşən, Marksın doğulduğu ev. Ailə birinci mərtəbədə iki, ikinci mərtəbədə üç otaq tutmuşdu.[27] 1928-ci ildə Almaniya Sosial Demokrat Partiyası tərəfindən satın alınmış bu binada hazırda Marksın ev muzeyi fəaliyyət göstərir.[28]

Karl Henrix Marks 5 may 1818-ci ildə Henrix Marks(en) (1777—1838) və Henrietta Presburqun (1788—1863) ailəsində anadan olub. O, o zamanlar Prussiya krallığının Aşağı Reyn əyalətinin tərkibində olan qədim Trir şəhərində, Brükenqasse 664 küçəsində dünyaya göz açıb.[29] Marksın ailəsi əslən dünyəvi yəhudilərdən olsalar da, onun doğumundan əvvəl rəsmi olaraq xristianlığı qəbul etmişdilər. Ana tərəfdən babası holland ravvin idi, ata tərəfi isə babası Meyer Halevi Marksdan başlayaraq 1723-cü ildən Trir şəhərinin ravvinləri kimi fəaliyyət göstərirdilər.[30] Atası Herşel (bu, ona doğularkən verilən ad idi) nəsildə dünyəvi təhsil alan ilk şəxs idi. O, vəkil olduqdan sonra rifahı yaxşılaşdı və yuxarı orta təbəqə kimi gəlir əldə etməyə başladı. Herşelin vəkillikdən gələn qazancından əlavə, ailənin Mozeldə bir neçə üzüm bağı da vardı. Hələ oğlu dünyaya gəlməzdən əvvəl, Reyn vilayətində yəhudilərin emansipasiyası ləğv olunduqdan sonra[31] Marksın atası iudaizm dinindən dönərək Prussiyanın yevangeliya kilsəsinə qoşuldu və idiş dilindəki Herşel adını almanca səslənən Henrixə dəyişdi.[32]

Dünyəvi həyat tərzi keçirən Henrix Maarifçilik dövrünün adamı idi: filosoflar İmmanuel KantVolterin konsepsiyaları ilə maraqlanırdı. Klassik liberal kimi, o dövrdə mütləq monarxiya olan Prussiyada konstitusiya və islahatlarla bağlı təşviqatda iştirak etmişdi.[33] 1815-ci ildə Henrix Marks vəkil kimi işləməyə başladı və 1819-cu ildə ailəsini Porta Niqra yaxınlığındakı on otaqlı böyük bir evə köçürdü.[34] Həyat yoldaşı Henrietta Presburq əslən holland yəhudilərindən, sonralar Philips Electronics şirkətinin əsasını qoyan varlı sahibkar ailədən idi. Belə ki, Henriettanın bacısı Sofi Presburq (1797—1854) Lion Filips (1794—1866) ilə ailə həyatı qurmuşdu; o, şirkətin qurucuları olan Cerard(en)Anton Filipsin(en) nənəsi, Frits Filipsin(en) isə böyük nənəsi idi. Hollandiyalı Lion Filips imkanlı tütün istehsalçısı və sənayeçisi idi; Karl və Cenni Marks sonralar Londonda sürgündə olarkən tez-tez ondan borc almağa gələcəkdilər.[35]

Marksın uşaqlığı haqqında məlumatlar olduqca azdır.[36] Ailədə doqquz uşaqdan üçüncüsü idi. 1819-cu ildə qardaşı Moritsin ölümündən sonra ailənin ən böyük oğlu olmuşdu.[37] Marks və onun sağ qalan bacı-qardaşları — Sofi, Herman, Henrietta, Luiza, Emiliya və Karolin 1824-cü ilin avqustunda, anaları isə 1825-ci ilin noyabrında lüteran kilsəsində vəftiz olunmuşdular.[38] Marks 1830-cu ildə Trir Gimnaziyasına daxil olana qədər atası ona özü fərdi təhsil vermişdi. Gimnaziyanın direktoru Hüqo Vittenbax atasının dostu idi. Bir çox liberal humanistləri müəllim kimi işə götürən Vittenbax bu səbəbdən yerli mühafizəkar hökumətin qəzəbinə məruz qalmışdı. Sonradan 1832-ci ildə məktəbdə reyd keçirən polis siyasi liberalizmi müdafiə edən ədəbiyyatların tələbələr arasında paylandığını aşkar etmişdi. Bu cür materialın yayılmasını təhrikçi hərəkət hesab edən hakimiyyət məktəbdə islahatlara başlamış və Marksın oxuduğu illərdə müəllim heyətini dəyişdirmişdi.[39]

Fəlsəfə və ədəbiyyat üzrə təhsil almaq istəyən 17 yaşlı Marks 1835-ci ilin oktyabrında Bonn Universitetinə üz tutsa da, atası təkidlə oğlunun daha praktik sahə olan hüquq oxumağını arzu edirdi.[40] "Ağciyər zəifliyi" adlandırılan vəziyyətə görə[41] Marks 18 yaşına çatanda hərbi xidmətdən azad edildi. Bonn Universitetində olarkən siyasi radikallardan ibarət Şairlər Klubuna qoşulmuşdu; o radikallar ki, daima polis tərəfindən nəzarət edilirdilər.[42] Marks həm də Trir Taverna Klubu (alm. Landsmannschaft der Treveraner‎) adlı içki cəmiyyətinin də üzvü idi; burada bir çox ideyalar müzakirə olunurdu. Hətta o, bir müddət kluba həmsədrlik də etmişdi.[43][44] Həmin illərdə Marks münaqişəyə də girirdi. Belə münaqişlər bəzən ciddi xarakter alırdı; belə ki, universitetin Borrusiya qrupunun üzvü ilə dueldə belə iştirak etmişdi.[45] Birinci semestrdə qiymətləri yaxşı olsa da, tezliklə aşağı qiymət almağa başladı. Bu da atasını məcbur etdi ki, Marksı daha intizamlı və akademik olan Berlin Universitetinə göndərsin.[46]

Hegelçilik və jurnalistika: 1836—1843[redaktə | mənbəni redaktə et]

Karl Marksın həyat yoldaşı Cenni Marks

1836-cı ilin yay-payız aylarını Trirdə keçirən Marks təhsilinə və şəxsi həyatına daha ciddi yanaşmağa başladı. O, kiçik zadəganların təhsilli üzvü Cenni fon Vestfalenlə nişanlandı. Cenni Marksı uşaqlığından tanıyırdı. O, Marksla olmaq üçün gənc aristokrat nişanlısından ayrılmışdı. Həm bu səbəbdən, həm də dini və sinfi mənsubiyyətlərindəki fərqlərə görə Cenni ilə Marksın münasibəti ətrafdakıların qınağına məruz qalmışdı. Lakin Marks Cenninin atası, liberal aristokrat Lüdviq fon Vestfalenlə dostluq etmiş və sonralar doktorluq dissertasiyasını ona həsr etmişdi.[47] Nişanlandıqdan yeddi il sonra, 19 iyun 1843-cü ildə gənclər Kroysnax şəhərində protestant kilsəsində evlənmişdilər.[48]

1836-cı ilin oktyabrında Marks Berlinə gəlir, universitetin hüquq fakültəsinə daxil olur və Mittelştrassedə bir otaq kirayəyə götürür.[49] O, birinci semestrdə Eduard Qansın (Qans mütərəqqi Hegelçi mövqeyi təmsil edirdi; libertar aspektləri və sosial məsələnin əhəmiyyətini xüsusilə vurğulayaraq tarixdə rasional inkişafı işləyib hazırlamışdı) və Karl fon Savinyinin (tarixi hüquq məktəbini təmsil edirdi) mühazirələrində iştirak edir.[50] Hüquq təhsili almasına baxmayaraq, o, fəlsəfəyə valeh olmuşdu və "fəlsəfə olmadan heç nəyə nail ola bilməyəcəyinə" inanaraq bu ikisini birləşdirməyin yollarını axtarırdı.[51] Marks o zamanlar Avropa fəlsəfi dairələrində geniş müzakirə edilən, yenicə vəfat etmiş alman filosofu Georq Vilhelm Fridrix Hegel ilə maraqlanmağa başladı.[52] Stralauda müalicə alarkən Hegelin ideyalarını müzakirə edən Həkim Klubu (alm. Doktorklub‎) adlı tələbə qrupuna qoşuldu və onların vasitəsilə 1837-ci ildə Gənc Hegelçilər kimi tanınan bir qrup radikal mütəfəkkirlə əlaqə saxladı. Hegelçilər Adolf Rutenberqlə yaxın dostluq əlaqələri quran Marksla Lüdviq FeyerbaxBruno Bauerin ətrafında bir araya gəldilər. Marks kimi Gənc Hegelçilər də Hegelin metafizik fərziyyələrinə tənqidi yanaşırdılar, lakin mövcud cəmiyyəti, siyasəti və dini solçu mövqedən tənqid etmək məqsədilə onun dialektik metodunu qəbul etmişdilər.[53] Marksın atası 1838-ci ilin mayında vəfat etdi: nəticədə ailənin gəliri xeyli azaldı.[54] Marks atasına emosional olaraq çox yaxın idi və ölümündən sonra da onun xatirəsini əziz tutmuşdu.[55]

1837-ci ilə qədər Marks həm bədii, həm də digər janrlarda yazırdı; "Əqrəb və Feliks" (alm. Skorpion und Felix‎) qısa romanını və "Oulanem" dramını tamamlamışdı, eləcə də Cenni fon Vestfalenə həsr olunmuş bir sıra sevgi şeirləri də yazmışdı. Bu ilk əsərlərin heç biri onun sağlığında nəşr olunmamışdır.[56] Sevgi şeirləri ölümündən sonra "Karl Marks və Frederik Engelsin seçilmiş əsərləri"nin 1-ci cildində dərc olunub.[57] Tezliklə Marks ingilis və italyan dillərini öyrənmək, sənətşünaslıqla məşğul olmaq, eləcə də latın klassiklərini tərcümə etmək və digər məşğuliyyətlər üçün bədii ədəbiyyatdan uzaqlaşdı.[58] O, 1840-cı ildə Bruno Bauerlə birlikdə Hegelin "Din fəlsəfəsi" əsərini redaktə etməyə başladı. Marks həm də 1841-ci ildə tamamladığı "Demokritçi və Epikürçü təbii fəlsəfə arasında fərq" adlı doktorluq dissertasiyasını yazmaqla məşğul idi.[59] Dissertasiya "fəlsəfənin üstün müdrikliyi qarşısında teologiyanın boyun əyməli olduğunu göstərmək üçün Marksın yola çıxdığı cəsarətli və orijinal bir əsər" kimi təsvir edilmişdir.[60] Bu əsər, xüsusən də Berlin Universitetinin mühafizəkar professorları arasında mübahisələrə səbəb olmuşdu. Bu səbəbdən Marks dissertasiyasını daha liberal Yena Universitetinə təqdim etmək qərarına gəlir; universitetin müvafiq fakültəsi ona 1841-ci ilin aprelində fəlsəfə doktoru elmi dərəcəsi verir.[61][62] Marks və Bauer hər ikisi ateist olduqları üçün 1841-ci ilin martında "Ateist Arxivlər" (alm. Archiv des Atheismus‎) adlı jurnal üçün planlar qurmağa başladılar, lakin bu, heç vaxt baş tutmadı. İyul ayında Marks və Bauer Berlindən Bonna səfər etdilər. Orada onlar sərxoş olub kilsədə gülərək və küçələrdə eşşəklərin üstündə çaparaq öz siniflərini rüsvay etmişdilər.[63]

Marks akademik karyera haqqında düşünsə də, hökumətin klassik liberalizmə və Gənc Hegelçilərə qarşı artan müqaviməti ona bu yolda mane olurdu.[64] Marks 1842-ci ildə Kölnə köçür və burada jurnalist kimi fəaliyyət göstərir, radikal "Reyn xəbərləri" (alm. Rheinische Zeitung‎) qəzetində yazaraq sosializm haqqında ilk baxışlarını və iqtisadiyyata artan marağını ifadə edir. Marks sağçı Avropa hökumətlərini, eləcə də təsirsiz və ya qeyri-məhsuldar hesab etdiyi liberal və sosialist hərəkatının xadimlərini tənqid edirdi.[65] Qəzet Prussiya dövlətinin senzurasının diqqətini cəlb edirdi; belə ki, onlar hər nömrəni çap etməzdən əvvəl təxribat xarakterli materialların olub-olmadığını yoxlayırdılar. Marks da bu məsələdən şikayət edirdi: "Qəzetimiz əvvəlcə polisə təqdim edilməli idi; əgər polisin burnu xristianlıq və ya Prussiya əleyhinə bir şey iyləyərdisə, qəzetin çıxmasına icazə verilməzdi."[66] "Reyn xəbərləri" qəzetində Rusiya monarxiyasını kəskin tənqid edən məqalə dərc edildikdən sonra çar I Nikolay onun qadağan edilməsini xahiş etdi və 1843-cü ildə Prussiya hökuməti çarın istəyini gerçəkləşdirdi.[67]

Paris: 1843—1845[redaktə | mənbəni redaktə et]

Marksla 1844-cü ildə tanış olan gənc Fridrix Engels onun əbədi dostuna çevrilir.

1843-cü ildə Marks, alman fəalı Arnold Ruqe tərəfindən alman və fransız radikallarını bir araya gətirmək üçün yaradılan, yeni, radikal solçu Paris qəzetinin — "Alman—fransız illik məcmuəsi"nin (alm. Deutsch-Französische Jahrbücher‎) redaktoru oldu.[68] Qəzet Fransada çap olunduğuna görə Marks və arvadı 1843-cü ilin oktyabrında Parisə gəlir. Əvvəlcə Ruqe və arvadı ilə birlikdə Vano küçəsi 23 ünvanında yaşayan gənc ailə həyat şəraitinin dözülməz olduğunu görüb 1844-cü ildə qızları Cenni dünyaya gəldikdən sonra başqa evə köçürlər.[69] Qəzet həm Fransadan, həm də Almaniyadan yazıçıları cəlb etmək məqsədi daşısa da, məcmuədə sonuncular üstünlük təşkil edirdi və qəzetin alman olmayan yeganə yazarı sürgündə olan rus kollektivist anarxist Mixail Bakunin idi.[70] Marks qəzetə iki məqalə təqdim etmişdi: "Hegelin hüquq (haqq) fəlsəfəsinin tənqidinə töhfəyə giriş"[71]"Yəhudi məsələsi haqqında".[72] İkinci məqalə onun proletariyanın inqilabi qüvvə olduğuna dair fikirlərindən xəbər verir və kommunizmi daha çox sahibləndiyini göstərirdi.[73] Qəzetin yalnız bir nömrəsi nəşr olundu, lakin onu müqayisədə uğurlu hesab etmək olardı; bu uğurunu da əsasən Henrix Heynenin Bavariya kralı I Lüdviq haqqında yazdığı satirik qəsidələrə borclu idi. Satirik əsərlərin qəzetə daxil edilməsi məcmuənin alman dövlətləri tərəfindən qadağan edilməsinə və idxal olunan nüsxələrin müsadirəsinə səbəb oldu. Təəssüf ki, Ruqe növbəti nömrələrin nəşrini maliyyələşdirməkdən imtina etdi; beləliklə, Marksla olan dostluğu da pozuldu.[74] Qəzetin çökməsindən sonra Marks geriyə qalan yeganə senzurasız almandilli radikal qəzet "İrəli!" (alm. Vorwärts!‎) üçün yazmağa başladı. Parisdə yerləşən qəzet işçilərin və sənətkarların utopik sosialist gizli cəmiyyəti olan Ədalətlilər İttifaqı tərəfindən dəstəklənirdi. Marks onların bəzi iclaslarında iştirak etsə də, ittifaqa qoşulmadı.[75] "İrəli!" qəzetində Marks Hegelçi və Feyerbaxçı dialektik materializm ideyalarına əsaslanan sosializmlə bağlı fikirlərini yenidən gözdən keçirir, eyni zamanda Avropada fəaliyyət göstərən liberalları və digər sosialistləri tənqid edirdi.[76]

28 avqust 1844-cü ildə Marks Rejans kafesində alman sosialist Fridrix Engelslə tanış olur və onların ömürlük dostluq münasibəti başlayır.[77] Engels Marksa yenicə çapdan çıxmış "1844-cü ildə İngiltərədə işçi sinfinin vəziyyəti" kitabını göstərir[78][79] və Marksı inandırır ki, işçi sinfi tarixdə sonuncu inqilabın təmsilçisi və aləti olacaqdır.[80][81] Tezliklə Marks və Engels birlikdə Marksın keçmiş dostu Bruno Bauerin fəlsəfi fikirlərini tənqid etməyə başlayırlar. Bu tənqidlərin nəticəsində ortaya çıxan əsər 1845-ci ildə "Müqəddəs ailə" adı altında nəşr olunur.[82][83] Baueri tənqid etsə də, Marks Gənc Hegelçilər Maks ŞtirnerLüdviq Feyerbaxın ideyalarından çox təsirlənmişdi: lakin nəticə etibarilə Marks və Engels Feyerbax materializmindən də imtina etmişdilər.[84]

Parisdə Vano küçəsi 38 ünvanında yaşadığı müddətdə (1843-cü ilin oktyabrından 1845-ci ilin yanvarınadək)[85] Marks siyasi iqtisadiyyat (Adam Smit, David Rikardo, Ceyms Mill və başqaları), Fransa sosialistləri (xüsusilə də Klod Henri Sen-SimonŞarl Furye)[86] və Fransa tarixi ilə bağlı intensiv tədqiqatlar aparır. Siyasi iqtisadiyyatın tədqiqi və tənqidi Marksın bütün ömrü boyu davam etdirəcəyi bir layihəyə çevrilir[87] və onun əsas iqtisadi əsəri olan üç cildlik "Das Kapital" kitabının nəşri ilə nəticələnir.[88] Marksizm böyük ölçüdə üç təsirə əsaslanırdı: Hegel dialektikası, fransız utopik sosializmi və ingilis iqtisadiyyatı. Hegel dialektikası ilə bağlı əvvəlki araşdırması ilə yanaşı, Marksın bu müddət ərzində Parisdə etdiyi araşdırmalar da marksizmin bütün əsas komponentlərinin 1844-cü ilin payızına qədər ortaya çıxdığını göstərirdi.[89] Marks adi gündəlik qayğıları səbəbindən, əlavə olaraq da radikal bir qəzetin redaktəsi ilə və daha sonra potensial inqilabi xalq üsyanları illərində bir siyasi partiyanın cəhdlərinin təşkil edilməsi və yönləndirilməsi ilə məşğul olduğundan daim siyasi iqtisadiyyatın tədqiqindən uzaq qalırdı. Bununla belə, o, həmişə "kapitalizmin daxili işini başa düşməyə" çalışdığından həmin tədqiqatlarına yenidən qayıdırdı.[90]

Marksla Engelsin tanış olduğu Rejans kafesi
(16 dekabr 1843-cü il)

1844-cü ilin sonlarında marksizmin konturları Karl Marksın zehnində qəti şəkildə formalaşdı. Əslində o vaxta qədər dünya barədə marksist düşüncənin bir çox ünsürü təfsilatı ilə işlənib hazırlanmışdı. Lakin Marks öz fikrindəki yeni siyasi iqtisadiyyat nəzəriyyəsini daha da dəqiqləşdirmək üçün iqtisadiyyata dair düşüncələrini bütün təfərrüatı ilə yazıda ifadə etmək ehtiyacı duyurdu.[91] Bu dönəmdə Marks "İqtisadi və fəlsəfi əlyazmalar" əsərini yazır.[92] Bu əlyazmalar bir çox mövzuları əhatə edirdi; o cümlədən də Marksın özgələşdirilmiş əmək konsepsiyasını.[93] 1845-ci ilin yazında siyasi iqtisadiyyat, kapital və kapitalizmlə bağlı tədqiqatlarını davam etdirməsi Marksı belə bir inanca sövq etdi ki, onun müdafiə etdiyi siyasi iqtisadiyyatın yeni nəzəriyyəsi (söhbət elmi sosializmdən gedir) hərtərəfli işlənmiş materialist nəzəriyyə əsasında qurulmalıdır.[94]

"İqtisadi və fəlsəfi əlyazmalar" 1844-cü ilin aprel-avqust aylarında qələmə alınmışdı, lakin tezliklə Marks əsərin Lüdviq Feyerbaxın bəzi çaşdırıcı fikirlərindən təsirlənmiş olduğunu anladı. Buna uyğun olaraq, tarixi materializmlə davam etmək üçün Feyerbaxın fəlsəfəsindən imtina etməli olduğunu dərk edən mütəfəkkir bir il sonra, 1845-ci ilin aprelində, Parisdən Brüsselə köçdükdən sonra Feyerbax haqqında on bir tezis yazdı.[95] "Feyerbax haqqında tezislər" xüsusilə on birinci tezislə məşhurdur; məhz həmin tezisdə Marks qeyd edirdi ki, "filosoflar dünyanı müxtəlif formalarda yalnız şərh etmişlər; halbuki məsələ onu dəyişdirməkdir".[93][96] Bu əsərdə Marks materializmi (həddən artıq düşüncə əsiri olduğuna görə), idealizmi (praktikanı nəzəriyyəyə endirdiyinə görə) və ümumilikdə fəlsəfəni (mücərrəd reallığı fiziki dünyadan üstün tutduğuna görə) tənqid edirdi.[93] Beləliklə, əsər Marksın tarixi materializmə ilk baxışını ifadə edir və dünyanın ideyalarla deyil, real, fiziki, maddi fəaliyyət və təcrübə ilə dəyişdirilməsi arqumentini irəli sürürdü.[93][97] 1845-ci ildə Prussiya kralının xahişi ilə Fransa hökuməti daxili işlər naziri Fransua Gizo ilə birlikdə "İrəli!" qəzetini bağladı və Marksı Fransadan uzaqlaşdırdı.[98] Nəticədə Brüsselə köçən Marks burada kapitalizm və siyasi iqtisadiyyatın tədqiqi ilə bağlı araşdırmalarını bir daha davam etdirəcəyinə ümid edirdi.

Brüssel: 1845—1848[redaktə | mənbəni redaktə et]

Fransada qalması istənməyən, Almaniyaya da qayıda bilməyən Karl Marks 1845-ci ilin fevralında Belçikaya, Brüsselə mühacirət etmək qərarına gəlir. Bununla belə, Belçikada qalmaq üçün o, müasir siyasət mövzusunda heç nə dərc etməyəcəyinə söz verməli idi.[98] Marks Brüsseldə ikən Avropada sürgün edilmiş digər sosialistlərlə, o cümlədən Mozes Hess, Karl Heynzen və İosif Veydemeyerlə əlaqə saxlayırdı. 1845-ci ilin aprelində Engels Marksa və Brüsseldə özlərinə yer axtaran Ədalətlilər İttifaqının üzvlərinin getdikcə artan heyətinə qoşulmaq məqsədilə Almaniyanın Barmen şəhərindən Brüsselə köçür.[98][99] Daha sonra Engelsin çoxdankı yoldaşı Meri Börns İngiltərənin Mançester şəhərindən ayrılaraq Brüsseldə Engelsə qoşulur.[100]

1845-ci il iyulun ortalarında Marks və Engels Britaniyada fəhlə hərəkatı olan çartistlərin liderlərini ziyarət etmək üçün Brüsseldən İngiltərəyə yola düşürlər. Bu, Marksın İngiltərəyə ilk səfəri idi. Engels isə səfər üçün ideal bələdçi idi; belə ki, Engels artıq iki il — 1842-ci ilin noyabrından 1844-cü ilin avqustuna [101] Mançesterdə yaşamışdı.[102] Engels ingilis dilini öyrənməklə kifayətlənməmiş,[103] həm də bir çox çartist liderlərlə yaxın münasibət də qurmuşdu.[103] Həmçinin, Engels bir çox çartist və sosialist ingilis qəzetlərində müxbir kimi xidmət edirdi.[103] Marks bu səfərdən London və Mançesterdəki müxtəlif kitabxanalarda araşdırma aparmaq üçün iqtisadiyyatla bağlı mövcud olan ədəbiyyatları tədqiq etmək fürsəti kimi istifadə etdi.[104]

Marks Engelslə birlikdə özünün tarixi materializm konsepsiyasını ən yaxşı şəkildə ifadə etdiyi düşünülən "Alman ideologiyası" (alm. Die deutsche Ideologie‎) kitabını yazdı.[105] Bu əsərdə Marks Lüdviq Feyerbax, Bruno Bauer, Maks Ştirner və digər Gənc Hegelçilərlə, eləcə də Karl Qrün və fəlsəfələri hələ də qismən "idealizm"ə əsaslanan digər "əsl sosialistlər"lə əlaqələrini qoparır. "Alman ideologiyası"nda Marks və Engels tarixdə yeganə hərəkətverici qüvvə kimi yalnız materializmə əsaslanan fəlsəfələrini nəhayət tamamlayırlar.[106] "Alman ideologiyası" yumoristik satirik formada yazılıb, lakin bu satirik forma belə əsəri senzuradan xilas edə bilməmişdi. Bir çox digər öncəki yazıları kimi, "Alman ideologiyası" da Marksın sağlığında nəşr olunmamış və yalnız 1932-ci ildə dərc edilmişdi.[93][107][108]

"Alman ideologiyası"nı tamamladıqdan sonra Marks həqiqi "elmi materialist" fəlsəfə nöqteyi-nəzərindən fəaliyyət göstərən həqiqi "inqilabçı proletar hərəkatının" "nəzəriyyə və taktikası" ilə bağlı öz mövqeyini aydınlaşdırmaq məqsədi daşıyan əsərə müraciət etdi.[109] Bu əsər utopik sosialistlərlə Marksın öz elmi-sosialist fəlsəfəsi arasında fərq yaratmaq məqsədi daşıyırdı. Utopiklər düşünürdülər ki, insanların sosialist hərəkatına qoşulmaları üçün onları yola gətirmək, bunun üçün də insanı hər hansı fərqli inancı qəbul etməyə inandırmaq lazımdır.

1848-ci ildə alman dilində dərc olunan "Kommunist Partiyasının Manifesti"nin ilk nəşri

Marks isə insanların bir çox hallarda öz iqtisadi maraqlarına uyğun hərəkət etməyə meylli olduqlarının fərqindəydi. Buna görə də, bir sinifin ən təməl maddi marağına yönəlik böyük çağırışla həmin sinifə (bu halda işçi sinfinə) müraciət etmək inqilab edib cəmiyyəti dəyişdirmək məqsədilə sinfin böyük qismini hərəkətə gətirməkdə ən yaxşı metod ola bilərdi. Marksın planlaşdırdığı yeni kitabın məqsədi də bu idi. Lakin yazıları dövlət senzurasından keçdiyinə görə kitabı "Fəlsəfənin yoxsulluğu" (fr. Misère de la philosophie) (1847) adı altında dərc etdirdi.[110] Bu adı isə fransız anarxist sosialist Pyer-Jozef Prudonun "Yoxsulluğun fəlsəfəsi" (1840) əsərində qeyd etdiyi "kiçik burjua fəlsəfəsinə" cavab olaraq bu cür müəyyən etmişdi.[111]

Bu kitablar Marks və Engelsin ən məşhur əsəri olan "Kommunist Manifesti" adlı siyasi pamflet üçün baza rolunu oynadı.[112] 1846-cı ildə Brüsseldə yaşayarkən Marks Ədalətlilər İttifaqı adlı gizli radikal təşkilatla əlaqəsini davam etdirdi. Yuxarıda qeyd edildiyi kimi, Marks İttifaqın Avropanın işçi sinfini həmin sinfin inqilabına gətirib çıxaracaq kütləvi hərəkata doğru sövq etmək üçün lazım olan radikal təşkilat olduğunu düşünürdü.[113] Bununla belə, işçi sinfini kütləvi hərəkata çevirmək üçün İttifaq özünün "gizli" və ya "yeraltı" fəaliyyətini dayandırmalı və siyasi partiya kimi açıq fəaliyyət göstərməli idi.[114] İttifaq üzvləri, nəhayət, bu məsələdə razılaşdılar. Ardınca, 1847-ci ilin iyununda İttifaq birbaşa işçi siniflərinə müraciət edən yeni, açıq, "yerüstü" siyasi cəmiyyətə üzv olmaqla yenidən təşkil edildi.[115] Bu yeni, açıq siyasi cəmiyyət Kommunist İttifaqı adlanırdı.[116] Həm Marks, həm də Engels yenicə qurulmuş Kommunist İttifaqının proqramının və təşkilati prinsiplərinin tərtibində iştirak etdilər.[117]

1847-ci ilin sonlarında Marks və Engels özlərinin ən məşhur işini — Kommunist İttifaqı üçün fəaliyyət proqramını yazmağa başladılar. 1847-ci ilin dekabrından 1848-ci ilin yanvarına qədər hər iki müəllif tərəfindən birgə yazılan "Kommunist Manifesti" ilk dəfə 21 fevral 1848-ci ildə nəşr olundu.[118] "Kommunist Manifesti" yeni Kommunist İttifaqının prinsiplərini ortaya qoydu. Kommunist İttifaqı artıq gizli bir təşkilat olmadığına görə, Ədalətlilər İttifaqının etdiyi kimi öz prinsiplərini gizlətməkdənsə, məqsəd və niyyətini geniş ictimaiyyətə çatdırmaq istəyirdi.[119] Pamfletin giriş cümlələri marksizmin təməl düşüncələrini ifadə edirdi: "İndiyə qədər mövcud olan bütün cəmiyyətlərin tarixi sinfi mübarizələrin tarixidir".[120] Kitab Marksın, burjuaziya (varlı kapitalist sinfi) ilə proletariya (sənaye işçisi sinfi) arasında getdikcə böyüdüyünü iddia etdiyi maraqların toqquşmasındakı ziddiyyətləri araşdırır. Bundan irəli gələrək, Manifest, Kommunist İttifaqının o zamankı digər sosialist və liberal siyasi partiya və qruplardan fərqli olaraq, kapitalist cəmiyyətini devirmək və onu sosializmlə əvəz etmək üçün həqiqətən proletariatın maraqlarından çıxış edərək hərəkət etdiyinə dair arqument təqdim edir.[121]

Həmin ilin sonunda Avropa 1848-ci il inqilabları kimi tanınan bir sıra etirazlar, qiyamlar və zorakı üsyanlarla üzləşdi.[122] Fransada inqilab monarxiyanın devrilməsi və İkinci Fransa Respublikasının qurulması ilə nəticələndi.[122] Marks bu cür fəaliyyətləri dəstəkləyirdi; hətta deyilənlərə görə həmin dövrdə atasından qalan 5.000[123][124] və ya 6.000 frank[125] məbləğindəki (bu miras 1838-ci ildə atasının ölümündən sonra əmisi Lionel Filips tərəfindən saxlanılırdı) əhəmiyyətli miras əmlakı inqilabi hərəkat keçirməyi planlaşdıran belçikalı işçiləri silahlandırmaq üçün istifadə etmişdi.[124] Bu iddiaların doğruluğu mübahisəli olsa da,[125][126] Belçika Ədliyyə Nazirliyi Marksı bunda təqsirləndirərək həbs etdi. Buna görə də Marks Fransaya qaçmağa məcbur oldu: burada hakimiyyətdə olan yeni respublika hökumətinin onun üçün təhlükəsiz olacağını düşünürdü.[124][127]

Köln: 1848—1849[redaktə | mənbəni redaktə et]

Müvəqqəti olaraq Parisdə məskunlaşan Marks Kommunist İttifaqının qərargahını bu şəhərə köçürür və burada yaşayan müxtəlif alman sosialistləri ilə birlikdə Almaniya İşçiləri Cəmiyyəti qurur.[128] İnqilabın Almaniyaya yayıldığını görmək ümidi ilə 1848-ci ildə Kölnə qayıdır və burada "Almaniyada Kommunist Partiyasının Tələbləri" adlı buklet çıxarmağa başlayır.[129] Bukletdə "Kommunist Manifesti"nin on bəndindən yalnız dördünün adı çəkilirdi; çünki Marks hesab edirdi ki, həmin dövrdə Almaniyada proletariya burjuaziyanı devirməzdən əvvəl burjuaziya feodal monarxiyasını və aristokratiyanı devirməlidir.[130] İyunun 1-də Marks gündəlik qəzet olan "Yeni Reyn Qəzeti"nin (alm. Neue Rheinische Zeitung‎) nəşrinə başlayır; o, qəzeti bu yaxınlarda aldığı atasının mirasından qalan pullar hesabına maliyyələşdirirdi. Avropadan gələn xəbərləri özünün marksist yanaşması ilə işıqlandıran Marks qəzetdə baş yazıçı və baş redaktor qismində çıxış edirdi. Kommunist İttifaqının digər üzvləri də bu qəzetə töhfə vermiş olsalar da, Fridrix Engelsin fikrincə, qəzet "Marksın kiçik diktatorluğu" olaraq qaldı.[131][132][133][134]

Qəzetin redaktoru olan Marks və digər inqilabçı sosialistlər mütəmadi olaraq polis tərəfindən təqib edilsə də və Marks bir neçə dəfə müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılsa da, hər dəfə bəraət alırdı.[135][136][137] Bu ittihamların arasında Baş Prokuroru təhqir etmək, mətbuatda qanunsuzluq etmək və vergi boykotları yolu ilə silahlı üsyana təhrik etmək kimi əməllər vardı.[138][135][139][136] Bu vaxt Prussiyada demokratik parlament dağılır və kral IV Fridrix Vilhelm solçu və digər inqilabçı ünsürləri ölkədən çıxarmaq üçün əksinqilabi tədbirlər həyata keçirən mürtəce tərəfdarlarından ibarət yeni kabineti təqdim edir.[138] Nəticədə "Yeni Reyn Qəzeti" tezliklə bağlanır və Marksa mayın 16-da ölkəni tərk etmək əmri verilir.[133][140] Marks o zamanlar həm mürtəce əksinqilabın, həm də vəba epidemiyasının məngənəsində olan Parisə qayıdır və tezliklə, onu siyasi təhlükə hesab edən şəhər rəhbərliyi tərəfindən qovulur. Almaniyaya və Belçikaya geri dönə bilməyən Marks elə bu zaman dördüncü uşaqlarına hamilə qalan həyat yoldaşı Cenni ilə 1849-cu ilin avqustunda qaçqın kimi Londona sığınır.[141][142]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ritzer, George (2008) Classical sociological theory. New York : McGraw-Hill Higher Education ; London : McGraw-Hill distributor.
  • Merton, Robert K. (1936–12). "The Unanticipated Consequences of Purposive Social Action". American Sociological Review 1 (6): 894–904
  • Giddens, Anthony (1971). Kapitalism və Müasir Sosial nəzəriyyə.
  • Karl Marks  (ing.) Internet Movie Database saytında

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Vikianbarda Karl Marks ilə əlaqəli mediafayllar var.

Vikimənbədə Karl Marks ilə əlaqəli məlumatlar var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 Gemkow H. Carlos Marx. Biografía completa. 1975.
  3. 1 2 3 4 Karl Marx // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 4 A. A. P. Secret Re-burial of Karl Marx In London (ing.). // The Sydney Morning Herald Sydney: Fairfax Media, 1954.Iss. 36485 (late edition). P. 1. ISSN 0312-6315
  5. 1 2 3 4 Маркс Карл // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  6. 1 2 https://www.marxists.org/archive/marx/bio/marx/eng-1869.htm.
  7. 1 2 3 4 5 6 7 Marx, Karl: (geb. Mordechai) Dr. phil., Theoretiker des Sozialismus, "Manifest der Komm. Partei", Redakteur. // Band 16: Lewi – Mehr Münhen: K. G. Saur Verlag, 2008. səh. 331. 25, 427 səh. ISBN 978-3-598-22696-0
  8. 1 2 3 4 5 6 Marx, Karl (Heinrich) (ing.). // Volume 7 P. 896.
  9. 1 2 Feuer L. S., McLellan D., Ed. Volume 23. // Volume 23 səh. 532. 928 səh.
  10. 1 2 Schiel H. Die Umwelt des jungen Karl Marx. Ein unbekanntes Auswanderungsgesuch von Karl Marx, Die Umwelt des jungen Karl Marx. Die Trierer Wohnungen der Familie Marx. Ein unbekanntes Auswanderungsgesuch von Karl Marx (alm.). // Broschüre "Die Umwelt des jungen Karl Marx. Ein unbekanntes Auswanderungsgesuch von Karl Marx" Tr: Jacob Lintz, 1954. S. 35–36. 36 səh.
  11. Lundy D. R. The Peerage (ing.).
  12. Marx: 5) Karl Heinrich. // Band 17 Linl–Mats səh. 767. 832 səh. ISBN 978-3-7653-4117-5
  13. Marx: 5) Karl Heinrich. // Band 17 Linl–Mats səh. 768. 832 səh. ISBN 978-3-7653-4117-5
  14. Feuer L. S., McLellan D., Ed. Volume 23. // Volume 23 səh. 531–543. 928 səh.
  15. Marx: 5) Karl Heinrich. // Band 17 Linl–Mats səh. 766–769. 832 səh. ISBN 978-3-7653-4117-5
  16. Hobsbawm, Eric. "Marx, Karl Heinrich". Oxford Dictionary of National Biography.
  17. Ülvi Şirəliyev. "İşçilər niyə hələ də xoşbəxt deyil?". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-07-15 tarixində orijinalından arxivləşdirilib.
  18. K. Marks və F. Engels. "Manifesto of the Communist Party". https://www.marxists.org/. 1848. 2 sentyabr 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2022.
  19. Karl Marx: Critique of the Gotha Program Arxivləşdirilib 27 oktyabr 2007 at the Wayback Machine.
  20. Calhoun, 2002. səh. 23–24
  21. "Marx the millennium's 'greatest thinker'" (ingilis). BBC News World Online. 1 oktyabr 1999. 2 sentyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2022. (#apostrophe_markup)
  22. Roberto Manqabeyra Unqer. Free Trade Reimagined: The World Division of Labor and the Method of Economics. Princeton: Princeton University Press, 2007.
  23. John Hicks, "Capital Controversies: Ancient and Modern." The American Economic Review 64.2 (May 1974) p. 307: "The greatest economists, Smith or Marx or Keynes, have changed the course of history …"
  24. Yozef Şumpeter Ten Great Economists: From Marx to Keynes. Volume 26 of Unwin University books. Edition 4, Taylor & Francis Group, 1952 ISBN 0-415-11078-5, 978-0-415-11078-5
  25. Little, Daniel. "Marxism and Method". 10 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2017.
  26. Kim, Sung Ho. Zalta, Edward N. (ed.). "Max Weber". Metaphysics Research Lab, Stanford University. 2017. 18 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2017. Max Weber is known as a principal architect of modern social science along with Karl Marx and Emil Durkheim.
  27. McLellan, 2006. səh. 178, Plate 1.
  28. Wheen 2001. pp. 12–13.
  29. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 7; Wheen, 2001. səh. 8, 12; McLellan, 2006. səh. 1.
  30. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 4–5; Wheen, 2001. səh. 7–9, 12; McLellan, 2006. səh. 2–3.
  31. Carroll, James. Constantine's Sword: The Church and the Jews – A History (ingilis). Houghton Mifflin Harcourt. 2002. səh. 419. ISBN 978-0-547-34888-9. 24 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2018.
  32. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 4–6; McLellan, 2006. səh. 2–4.
  33. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 5, 8–12; Wheen, 2001. səh. 11; McLellan, 2006. səh. 5–6.
  34. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 7; Wheen, 2001. səh. 10; McLellan, 2006. səh. 7.
  35. Wheen, 2001, chpt. 6
  36. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 12; Wheen, 2001. səh. 13.
  37. McLellan, 2006. səh. 7.
  38. Karl Marx: Dictionary of National Biography. Volume 37. Oxford University Press. 2004. 57–58. ISBN 978-0-19-861387-9.
  39. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 12–15; Wheen, 2001. səh. 13; McLellan, 2006. səh. 7–11.
  40. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 15–16; Wheen, 2001. səh. 14; McLellan, 2006. səh. 13.
  41. Wheen, 2001. səh. 15.
  42. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 20; McLellan, 2006. səh. 14.
  43. Wheen, 2001. səh. 16; McLellan, 2006. səh. 14
  44. Holmes, Rachel. "Karl Marx: the drinking years". The Times. 14 October 2017. İstifadə tarixi: 14 October 2017. (abunə tələb olunur)
  45. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 21–22; McLellan, 2006. səh. 14.
  46. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 22; Wheen, 2001. səh. 16–17; McLellan, 2006. səh. 14.
  47. Fedoseyev, 1973. səh. 23; Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 23–30; Wheen, 2001. səh. 16–21, 33; McLellan, 2006. səh. 15, 20.
  48. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 70–71; Wheen, 2001. səh. 52–53; McLellan, 2006. səh. 61–62.
  49. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 31; McLellan, 2006. səh. 15.
  50. McLellan, 2006. səh. 21
  51. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 33; McLellan, 2006. səh. 21.
  52. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 32–34; Wheen, 2001. səh. 21–22; McLellan, 2006. səh. 21–22.
  53. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 34–38; Wheen, 2001. səh. 34; McLellan, 2006. səh. 25–27.
  54. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 44,69–70; McLellan, 2006. səh. 17–18.
  55. Sperber, 2013. səh. 55–56.
  56. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 33; McLellan, 2006. səh. 18–19
  57. New York: International Publishers,1975,pp. 531–632
  58. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 33; Wheen, 2001. səh. 25–26.
  59. Marx's thesis was posthumously published in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 1 (New York: International Publishers, 1975) pp. 25–107.
  60. Wheen, 2001. səh. 32.
  61. "Classics: Karl Marx". Willamette University. 16 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  62. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 45; Wheen, 2001. səh. 33; McLellan, 2006. səh. 28–29, 33.
  63. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 38–45; Wheen, 2001. səh. 34; McLellan, 2006. səh. 32–33, 37.
  64. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 49; McLellan, 2006. səh. 33.
  65. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 50–51; Wheen, 2001. səh. 34–36, 42–44; McLellan, 2006. səh. 35–47.
  66. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 57; Wheen, 2001. səh. 47; McLellan, 2006. səh. 48–50.
  67. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 60–61; Wheen, 2001. səh. 47–48; McLellan, 2006. səh. 50–51.
  68. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 68–69, 72; Wheen, 2001. səh. 48; McLellan, 2006. səh. 59–61
  69. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 77–79; Wheen, 2001. səh. 62–66; McLellan, 2006. səh. 73–74, 94.
  70. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 72; Wheen, 2001. səh. 64–65; McLellan, 2006. səh. 71–72.
  71. Marx, Karl, "Contribution to the Critique of Hegel's Philosophy of Law", contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 3 (International Publishers: New York, 1975) p. 3.
  72. Marx, Karl, "On the Jewish Question", contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 3, p. 146.
  73. McLellan, 2006. səh. 65–70, 74–80.
  74. Nicolaievsky, Maenchen-Helfen, 1976. səh. 72, 75–76; Wheen, 2001. səh. 65; McLellan, 2006. səh. 88–90.
  75. Wheen, 2001. səh. 66–67, 112; McLellan, 2006. səh. 79–80.
  76. Wheen, 2001. səh. 90.
  77. Wheen 2001. p. 75.
  78. Mansel, Philip: Paris Between Empires, p. 390 (St. Martin Press, NY) 2001
  79. Frederick Engels, "The Condition of the Working Class in England", contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 4 (International Publishers: New York, 1975) pp. 295–596.
  80. T.B. Bottomore. A Dictionary of Marxist thought. Wiley-Blackwell. 1991. 108–. ISBN 978-0-631-18082-1. 22 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2011.
  81. Fedoseyev, 1973. səh. 82
  82. Wheen 2001. pp. 85–86.
  83. Karl Marx, "The Holy Family", contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 4, pp. 3–211.
  84. Several authors elucidated this long neglected crucial turn in Marx's theoretical development, such as Ernie Thomson in The Discovery of the Materialist Conception of History in the Writings of the Young Karl Marx, New York, The Edwin Mellen Press, 2004; for a short account see Max Stirner, a durable dissident Arxivləşdirilib 18 may 2006 at the Wayback Machine
  85. Taken from the caption of a picture of the house in a group of pictures located between pages 160 and 161 of Fedoseyev, 1973.
  86. Isaiah Berlin, Karl Marx: His Life and Environment (Oxford University Press: London, 1963) pp. 90–94.
  87. Larisa Miskievich, "Preface" to Volume 28 of the Collected Works of Karl Marx and Frederick Engels (International Publishers: New York, 1986) p. xii
  88. Karl Marx, Collected Works of Karl Marx and Frederick Engels: Volume 35, Volume 36 and Volume 37 (International Publishers: New York, 1996, 1997 and 1987).
  89. Isaiah Berlin, Karl Marx: His Life and Environment, pp. 35–61.
  90. Fedoseyev, 1973. səh. 62
  91. Note 54 contained on p. 598 in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 3.
  92. Karl Marx, "Economic and Philosophical Manuscripts of 1844" Collected Works of Karl Marx and Frederick Engels: Volume 3 (International Publishers: New York, 1975) pp. 229–346.
  93. 1 2 3 4 5 Karl Marx // Karl Marx – Stanford Encyclopaedia of Philosophy. Metaphysics Research Lab, Stanford University. 2017. 8 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2005.. First published Tue 26 August 2003; substantive revision Mon 14 June 2010. Retrieved 4 March 2011.
  94. Fedoseyev, 1973. səh. 83
  95. Karl Marx, "Theses on Feuerbach", contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 5 (International Publishers: New York, 1976) pp. 3–14.
  96. Karl Marx, "Theses on Feuerbach," contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 5, p. 8.
  97. Doug Lorimer, in Friedrich Engels. Socialism: utopian and scientific. Resistance Books. 1999. 34–36. ISBN 978-0-909196-86-8. 17 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 March 2011.
  98. 1 2 3 Wheen 2001. p. 90 Arxivləşdirilib 15 sentyabr 2015 at the Wayback Machine.
  99. Heinrich Gemkow et al., Frederick Engels: A Biography (Verlag Zeit im Bild ["New Book Publishing House"]: Dresden, 1972) p. 101
  100. Heinrich Gemkow, et al., Frederick Engels: A Biography, p. 102.
  101. Heinrich Gemkow, et al., Frederick Engels: A Biography, p. 78.
  102. Heinrich Gemkow, et al., Frederick Engels: A Biography (Verlag Zeit im Bild [New Book Publishing House]: Dresden, 1972) p. 53
  103. 1 2 3 Fedoseyev, 1973. səh. 89
  104. Wheen 2001. p. 92.
  105. Karl Marx and Frederick Engels, "German Ideology" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 5 (International Publishers: New York, 1976) pp. 19–539.
  106. Fedoseyev, 1973. səh. 96–97
  107. Baird, Forrest E.; Walter Kaufmann. From Plato to Derrida. Upper Saddle River, New Jersey: Pearson Prentice Hall. 2008. ISBN 978-0-13-158591-1.
  108. Wheen 2001. p. 93.
  109. See Note 71 on p. 672 of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 6 (International Publishers: New York, 1976).
  110. Karl Marx, The Poverty of Philosophy contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 6(International Publishers: New York, 1976) pp. 105–212.
  111. Wheen 2001. p. 107.
  112. Fedoseyev, 1973. səh. 124
  113. Note 260 contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 11 (International Publishers: New York, 1979) pp. 671–72.
  114. Note 260 contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 11, p. 672.
  115. Fedoseyev, 1973. səh. 123–125
  116. Fedoseyev, 1973. səh. 125
  117. Frederick Engels, "Principles of Communism" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 6 (International Publishers, New York, 1976) pp. 341–57.
  118. Karl Marx and Frederick Engels, "The Communist Manifesto" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 6, pp. 477–519.
  119. Wheen 2001. p. 115.
  120. Chris Shilling; Philip A Mellor. The Sociological Ambition: Elementary Forms of Social and Moral Life. SAGE Publications. 2001. səh. 114. ISBN 978-0-7619-6549-7. 15 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 June 2015.
  121. Marx and Engels 1848.
  122. 1 2 Wheen 2001. p. 125.
  123. Saul Kussiel Padover, Karl Marx, an intimate biography, McGraw-Hill, 1978, p. 205
  124. 1 2 3 Wheen 2001. pp. 126–27.
  125. 1 2 Maltsev; Yuri N. Requiem for Marx. Ludwig von Mises Institute. 1993. 93–94. ISBN 978-1-61016-116-9. 22 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  126. David McLellan 1973 Karl Marx: His life and Thought. New York: Harper and Row. pp. 189–90
  127. Felix, David. "Heute Deutschland! Marx as Provincial Politician". Central European History. 15 (4). 1982: 332–50. doi:10.1017/S0008938900010621. JSTOR 4545968.
  128. Wheen 2001. p. 128.
  129. Karl Marx and Frederick Engels, "Demands of the Communist Party" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 7 (International Publishers: New York, 1977) pp. 3–6.
  130. Wheen 2001. p. 129.
  131. Wheen 2001. pp. 130–32.
  132. Seigel, p. 50
  133. 1 2 Doug Lorimer. Introduction. In Karl Marx. The Class Struggles in France: From the February Revolution to the Paris Commune. Resistance Books. səh. 6. ISBN 978-1-876646-19-6. 17 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  134. Karl, Marx. James Ledbetter (ed.). Dispatches for the New York Tribune: Selected Journalism of Karl Marx. Penguin Books. 2007. ISBN 978-0-14-144192-4.
  135. 1 2 Boris Nicolaievsky. Karl Marx – Man and Fighter. Read Books. 2007. 192–. ISBN 978-1-4067-2703-6. 22 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  136. 1 2 Franz Mehring. Karl Marx: The Story of His Life. Psychology Press. 2003. 19–20. ISBN 978-0-415-31333-9. 16 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  137. Gross, David M. 99 Tactics of Successful Tax Resistance Campaigns. Picket Line Press. 2014. 76–77. ISBN 978-1-4905-7274-1.
  138. 1 2 Wheen 2001. pp. 136–37.
  139. Slavko Splichal. Principles of publicity and press freedom. Rowman & Littlefield. 2002. səh. 115. ISBN 978-0-7425-1615-1. 17 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  140. Wheen 2001. pp. 137–46.
  141. Wheen 2001. pp. 147–48.
  142. Peter Watson. The German Genius: Europe's Third Renaissance, the Second Scientific Revolution, and the Twentieth Century. HarperCollins. 2010. 250–. ISBN 978-0-06-076022-9. 17 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.