Mərakeş

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Mərakeş Krallığı

ərəb. المملكة المغربية
bər. ⵜⴰⴳⵍⴷⵉⵜ ⵏ ⵍⵎⴰⵖⵔⵉⴱ
fr. Royaume du Maroc
Mərakeş
Mərakeş gerbi
Gerb
Şüarı: Allah, Vətən və Kral
Himni: Mərakeş himni
(azərb. "Çerifian himni"‎)
Mərakeş xəritədə yeri
PaytaxtıRabat
Ən böyük şəhəriKasablanka
Rəsmi dilləriƏrəb dili[1]
Amaziğ[2]
Dini
islam[3]
İdarəetmə formasıKonstitusiyalı monarxiya
• Kral
VI Məhəmməd
• Baş nazir
Aziz Akhannouch
Tarixi 
• Yaranması
e.ə. 400[4]
Ərazisi
• Ümumi
  • 446.550 km²[5]
• Su (%)
0,056
Əhalisi
• 2011 təxmini
35,000,000[6]
• 2011 siyahıya alma
38-ci
• Sıxlıq
71.6/km2 (185.4/kv. mil) (122-ci)
ValyutasıMərakeş dirhəmi (MAD)
Yolun hərəkət istiqamətisağ
Telefon kodu212
ISO 3166 koduMA
İnternet domeni.ma
Mərakeş

Mərakeş (ərəb. المغرب‎‎, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (ərəb. المملكة المغربية‎‎, Əl-Məmləkə Əl-Məğribiyə) — Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharaİspaniyadan geri qaytarmışdır.

Əlmoravilər[redaktə | mənbəni redaktə et]

Gnome-searchtool.svg Əsas məqalə: Əlmoravilər

Əlmohadlar[redaktə | mənbəni redaktə et]

Gnome-searchtool.svg Əsas məqalə: Əlmohadlar

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.Ölkə Şimaldan İspaniya (Gibraltar(Cəbəli-Tariq) boğazı ilə) Cənub-Qərbdən Əlcəzair, Cənubdan Qərbi Saxara və Şərqdən Atlantik okean ilə həmsərhəddir.Mərakeşdə həmçinin İspaniyanın iki şəhərciyi (MelilaSeuta) yerləşir.Bu şəhərlər Okeana yaxın olduğu üçün hər il minlərlə turist istirahət üçün İspaniya və Mərakeşdən bura gəlir.

İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dəniziAtlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.

Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.

Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.

Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalinin ümumi sayı - 33,8 mlyn. MisirSudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.

Mərakeş

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb." "Moroccan Constitution" (#bad_url). 2011.
  2. "BBC News – Morocco's King Mohammed unveils constitutional reforms". 2011-06-18.
  3. https://www.state.gov/reports/2018-report-on-international-religious-freedom/morocco/.
  4. 1 2 3 4 Mavretaniya. 0533.
  5. 1 2 3 4 Country Profile.
  6. Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc. Hcp.ma. Retrieved on 2011-07-23.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]