Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Ana Səhifə səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Avqustun 5 günü (film, 2011).jpg
Avqustun 5 günüGürcüstanABŞ-ın birgə istehsalı olan 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi haqqında çəkilmiş bədii film. Gürcüstanda film "Haqq yolunda mübarizə" adı altında nümayiş etdirilmişdi və demək olar ki bütün KİV-də geniş şəkildə ictimaiyyətə təqdim olunmuşdu.

Gürcüstanın Diaspora işləri üzrə naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə tamaşaçılar tərəfindən belə geniş maraq hələ olmamışdı". Gürcüstanın Diaspora işləri üzrə Dövlət Naziri Mirza Davitayanın bildirdiyinə görə, "qısa zaman içərisində heç bir filmə izləyicilər tərəfindən belə geniş maraq hələ olmamışdı". Onun sözlərinə görə, Google axtarış sisteminin verdiyi statistik məlumatlar onu göstərir ki, film, hələ Gürcüstan premyerasına 1 həftə qalmış artıq 134 min nəfəri maraqlandırmışdı. Filmə maraq əsasən Gürcüstan və Rusiya əhalisi göstərmişdi. Bundan başqa Gürcüstanda filmə maraq elə yüksək idi ki, hətta 2009-cu ildə vizyona girmiş "Avatar" filminin reytinqini də ötmüşdü.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Tiergarten Tiergartenstraße Japanische Botschaft.jpg
Almaniya–Yaponiya münasibətləri (alm. Deutsch-japanische Beziehungen‎; yap. 日独関係) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir.

1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi.

1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Emblem of Azerbaijan.svg
Azərbaycanın dövlət bayramları və xüsusi günləri — Azərbaycanda qanunla tənzimlənən günlər.

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü (18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramıRamazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Green heron in PP (14296).jpg