Çikaqo

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Çikaqo
Chicago
2010-02-19 3000x2000 chicago skyline.jpg
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
41°52′55″ şm. e. 87°37′40″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 12 avqust 1833
Sahəsi
Mərkəzin hündürlüyü 205 m, 176 m
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu 872, 312, 773
Poçt indeksi 60601–60827, 60601, 60827, 60655, 60603, 60607, 60613, 60620, 60622, 60626, 60628, 60631, 60633, 60634, 60641, 60642, 60644, 60646, 60652, 60657, 60659, 60662, 60664, 60667, 60672, 60676, 60681, 60684, 60689, 60685, 60688, 60693, 60696, 60700, 60703, 60708, 60713, 60716, 60719, 60723, 60726, 60729, 60732, 60734, 60735, 60736, 60738, 60741, 60745, 60750, 60752, 60754, 60758, 60763, 60766, 60768, 60770, 60773, 60776, 60782, 60786, 60789, 60791, 60793, 60796, 60798, 60802, 60807, 60809, 60811, 60813, 60818, 60820, 60821, 60826, 60602, 60606, 60610, 60616, 60621, 60627, 60632, 60637, 60639, 60643, 60648, 60650, 60656, 60661, 60665, 60670, 60674, 60678, 60687, 60690, 60692, 60697, 60702, 60707, 60712, 60720, 60727, 60737, 60742
chicago.gov
Xəritəni göstər/gizlə
Çikaqo xəritədə
Çikaqo
Çikaqo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çikaqo (ing. Chicago, /Şikaqo/ oxunur) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir.

Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə "Böyük Çikaqo" adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-YorkLos-Ancelesdən sonra əhalisinə görə ABŞ-da üçüncü şəhərdir[3].

Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-da ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.

Bir neçə onilliklər bundan öncə Çikaqo iqtisadiyyatının aparıcı sahəsi ət sənayesi idi. Bu gün o, öz yerini ağır sənayeyə – qara metallurgiya, kimya və maşınqayırma sahələrinə verərək artıq ikinci yerdədir. Şəhərin "The Loop" adlanan işgüzar mərkəzində ABŞ-ın şimalında ən iri banklar, korporasiya və trest idarələrinin binaları cəmləşir. Burada həmçinin hər il milyonlarla turistləri cəlb edən butiklər, restoranlar, bahalı otellər, ən məşhur sərgi zalları yerləşir[4].

Küləklər şəhəri[redaktə | mənbəni redaktə et]

Çikaqonu həm də küləklər şəhəri adlandırırlar. İnsan məskunlaşmaları burada əvvəllər də olsa da, Çikaqonun tarixi 1833-cü ildən başlayır. Burada bir neçə ailə yaşayan balaca kənd var idi. Şəhər statusunu o, buraya dəmir yolunun çəkildiyi 1880-cı ildə əldə edir. Çikaqonun adı hinduların shikaakwa-dan (vəhşi soğan) hazırlanan ənənəvi xörəyindən götürülür.

Çoxlu sayda göydələn və hündür evlərin olduğu bu şəhərin müasir siması 1871-ci ildə baş vermiş faciəvi hadisənin – yanğının sayəsində yaranmışdır. Yanğın nəticəsində əhalinin üçdəbir hissəsi evini itirmişdir ki, bu da yerli hakimiyyətdən təcili olaraq problemin həllini tələb edirdi. Çikaqonun əvvəlki plan əsasında qurulması qeyri-praktik hesab olunduğundan şəhər tamamilə yeni konsepsiya üzrə rekonstruksiya edildi. Burada əsas ideya ərazini dərininə yox, hündürlüyünə yüksəltmək idi. Beləliklə də Miçiqan gölünün sahilində bir-birinin ardınca yüksək binalar yaranmağa başladı.

Bu gün şəhərin çoxlu sayda ləqəbi var, lakin ən çox işlənən "küləklər şəhəri" ləqəbidir. Onun mənşəyi həm hava şəraiti, həm də siyasətlə əlaqələndirilir. Doğrudan da, göldən çox güclü küləklər əsir, küləyin şiddəti çoxlu sayda göydələnlərin hesabına daha da güclənir. Lakin ilk dəfə bu ləqəb 1893-cü ildə "The New York Sun" qəzetinin redaktoru Çarlz Dana tərəfindən işlədilmişdir. O, Ümumdünya Kolumbiya sərgisində Amerika siyasətçilərinin mənasız nitqlərindən, bu tədbirdən yalnız öz şəxsi reytinqini qaldırmaq məqsədilə istifadə etdiklərindən narazı idi[5].

Mədəniyyət və turizm[redaktə | mənbəni redaktə et]

Çikaqo hər il milyonlarla turistin gəldiyi bənzərsiz bir şəhərdir. Hər kəs burada özünə yaxın olanı axtarır: Miçiqan gölünün bənzərsiz çimərliklərində qızmar günəş şüalarından həzz alır, saatlarla nəhəng göydələnlər arasındakı balaca küçələrlə gəzir, konfransa və ya təmtəraqlı butiklərdə növbəti endirimlərə tələsir.

Gündüzlər hərəkətdə olan şəhər atmosferi gecələr daha da canlanır. Minlərlə gecə klubları qonaqlarını əyləncəli şou proqramları, caz gecələri və dadlı mətbəxi ilə qarşılayır. Və heç kimi "quru qanun" illərində Çikaqonun küçələrində ağalıq edən məşhur mafioz Al Kapone haqqında əfsanələr qorxutmur. Yeri gəlmişkən, əhalinin özü də şəhərin adının məhz bu şəxslə bağlanmasından narazıdır. Lakin keçmişdən yaxa qurtarmaq mümkün deyil. Buna görə də şəhərdə ekskursiyada olan qonaqların gəzib dolaşmaq istədikləri ən populyar yer qanqster və mafiozların ağalıq etdikləri kriminal məhəllələrdir.

Şəhər daha çox musiqi ənənələri ilə diqqət cəlb edir, burada caz və blyuz musiqisi geniş yayılıb. House musiqi janrı bu şəhərdə təşəkkül tapıb. Çikaqo cazın vətəni hesab olunur. Hər il burada məşhur Çikaqo caz festivalı keçirilir. Şəhərdə ən məşhur caz klubu Green Mill Jazz Club-dur. Onun yerləşdiyi yeri yerli əhali bilir, buna görə onu tapmaq çətin deyil. Maraqlıdır ki, bir vaxtlar bu kluba Al Kaponenin sağ əli hesab olunan MakQurn rəhbərlik edirdi.

Çikaqo həm də muzeyləri ilə məşhurdur. Şəhərətrafı qəsəbələrdən biri Oak park milli tarixi rayon kimi mühafizə edilir. Ernest Heminquey burada doğulub[6].

Bu gün Çikaqo piyada gəzintisi üçün ABŞ-ın ən cazibədar şəhərlərindən biri hesab olunur. Çoxlu sayda göydələnlərə, sənaye binalarına, memarlıq abidələrinə və digər tikililərə baxmayaraq, şəhərdə yaşıllıq çoxdur. Onun sahəsinin praktiki olaraq üçdəbir hissəsini bağlar və parklar təşkil edir. Şəhərin sahilyanı hissəsi daha gözəldir. Buradakı güllü-çiçəkli bağlarda və əyləncə parklarında həm böyüklər, həm də uşaqlar vaxtlarını şən keçirə bilər.

North Michigan Avenue alış-veriş edənlər üçün cənnətdir. Burada şəhərin ən dəbdəbəli butikləri, məşhur supermarketləri və dükanları yerləşir. İl boyu bu mağazalarda müxtəlif endirimlər və digər aksiyalar təşkil olunur. Alış-veriş üçün buraya təkcə turistlər yox, "Böyük Çikaqo"nun öz sakinləri də gəlir[7].

Görkəmli şəxsiyyətləri[redaktə | mənbəni redaktə et]

Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

Qana Akkra, Qana
İordaniya Amman, İordaniya
Yunanıstan Afina, Yunanıstan
Serbiya Belqrad, Serbiya
Böyük Britaniya, İngiltərə Brimingem, İngiltərə, Böyük Britaniya
Kolumbiya Boqota, Kolumbiya
Cənubi Koreya Pusan, Koreya Respublikası
Hindistan Nyu Deli, Hindistan
Cənubi Afrika Respublikası Durban, CAR
İrlandiya Qoluey, İrlandiya
İsveç Göteborq, İsveç
Almaniya Hamburq, Almaniya
Ukrayna Kiyev, Ukrayna

Pakistan Lahor, Pakistan
İsveçrə Lusern, İsveçrə
Meksika Mexiko, Meksika
İtaliya Milan, İtaliya
Rusiya Moskva, Rusiya
Yaponiya Osaka, Yaponiya
İsrail Petah-Tikva, İsrail
Çexiya Praqa, Çexiya
Çin Şenyan, Çin
Çin Şanxay, Çin
Kanada Toronto, Kanada
Latviya Vilnyus, Latviya
Polşa Varşava, Polşa

Qalereya[redaktə | mənbəni redaktə et]

centr

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

  • Çikaqo Bakı ilə eyni ləqəb daşayırlar: Küləklər Şəhəri.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. United States. Bureau of the Census 2016 U.S. Gazetteer Files (ing.). Washington, D.C.: U.S. Census Bureau, 2016.
  2. 2020 United States Census. / red. ilə ABŞ əhalinin siyahıya alınması bürosu
  3. "Çikaqo – küləklər şəhəri. newtimes.az". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
  4. "ABŞ-ın ikinci iqtisadi mərkəzi". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
  5. "Küləklər şəhəri". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.
  6. Ən məşhur mədəniyyət mərkəzləri. ann.az
  7. "Parklar, göydələnlər və gecə əyləncələri şəhəri". 2015-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-17.