Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nyamata Memorial Site 13b.jpg
Ruanda soyqırımı və ya rəsmi olaraq tutsilərin soyqırımı — hutu hökümətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel–19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.

Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu höküməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökümətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Tiergarten Tiergartenstraße Japanische Botschaft.jpg
Almaniya–Yaponiya münasibətləriAlmaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi.

1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Zlatan Ibrahimović Euro 2012 vs France 07.JPG
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısıZlatan İbrahimoviç 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi.

İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır.

2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır.

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Dark blue tiger (Tirumala septentrionis dravidarum) male underside.jpg