Maykl Duqlas

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Maykl Duqlas
ing. Michael Douglas
Michael Douglas Deauville 2013.jpg
Doğum adı Michael Kirk Douglas
Doğum tarixi (77 yaş)
Doğum yeri Nyu Cersi, ABŞ
Vətəndaşlığı ABŞBermud adaları
Həyat yoldaşı Ketrin Zeta-Cons
Atası Kirk Duqlas
Fəaliyyəti Aktyor, prodüser
Fəaliyyət illəri 1966-Hal-hazırda
Təhsili Santa-Barbara Kaliforniya Universiteti
Mükafatları "İncəsənət və Ədəbiyyat" ordeni komandoru
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı filmə görə "Oskar" mükafatı "Qızıl qlobus" mükafatı
IMDb ID 0000140
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maykl Duqlas (ing. Michael Kirk Douglas; 25 sentyabr 1944, Nyu-Cersi, ABŞ) — ABŞ aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Tanınmış Amerika aktyoru və prodüseri Maykl Duqlas 1944-cü il sentyabrın 25-də Nyu-Cersi ştatının Nyu-Bransuik şəhərində, aktyor ailəsində anadan olub. Valideynləri – Kerk və Diana Duqlaslar tanınmış aktyorlar idi. Maykl təhsilini hərbi məktəbdə alsa da, aktyor olmağı arzulayırdı. Məktəbi bitirəndən sonra Kaliforniya Universitetinin dramatik incəsənət fakültəsinə qəbul olunur. Burada oxuduğu müddətdə məşhur aktyor Deni de Vito ilə tanış olur. Bu tanışlıq sonralar dostluğa çevrilir və onlar bir sıra filmlərdə tərəf-müqabil olurlar.

Maykl Duqlasın aktyor kimi ilk işi "San-Fransiskonun küçələri" filmində polis müfəttişi Mayk Stoun obrazı olur. Bu rol ona uğur gətirir. 1975-ci ildə Maykl prodüseri olduğu "Ququ quşunun yuvası üstündən uçarkən" filmində işləyir. Baş rolda tanınmış aktyor Cek Nikolson çəkilir. Bu film geniş şöhrət qazanır və "Oskar"a layiq görülür. Prodüser kimi ikinci işi nüvə silahı probleminə həsr olunmuş "Çin sindromu" filmi olur. Bu filmdə aktyor özü də baş rollardan birini oynayır.

1980-ci ildə Maykl Duqlas xizəklə sürüşərkən ciddi zədə alır və bir müddət kinodan uzaqlaşır. Üç il müalicə olunur və yenidən sənətə qayıdır. 1980-ci illərdə aktyor bir-birinin ardınca müxtəlif filmlərə çəkilir. "Nil mirvarisi", "Uoll-strit", "Rouzların müharibəsi" və s. filmlərdə yaratdığı obrazlar onun peşəkarlığını bir daha sübut edir. Bu illərdə o, Hollivudda ən populyar aktyorlardan biri idi.

1992-ci ildə Şeron Stounla birlikdə çəkildiyi "Əsas instinkt" filmi kino tənqidçiləri tərəfindən birmənalı qarşılanmasa da, geniş şöhrət qazanır. Bundan sonra o bir çox filmlərə çəkilir, ancaq onlardan ikisi, "Oyun" və "Traffik" daha çox tamaşaçı auditoriyası toplayır.

Son illərdə Maykl Duqlas "Mənim atam dəlidir" və "Sabiq rəfiqələrin qarabasmaları" filmlərində çəkilib.

Aktyor Hollivudun ən gözəl aktrisalarından biri olan Ketrin Zeta-Consla ailə qurub, bir oğlu və bir qızı var.

2010-cu ildə boğaz xərçənginə tutulan Duqlas 3 il sonra xəstəliyi ilə bağlı yalan dediyini etiraf edib. O, əslində dil xərçənginə tutulduğunu və yalnız həkiminin istəyilə belə dediyini bildirib[1].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  • Cast a Giant Shadow (1966)
  • Hail, Hero! (1969)
  • Adam at Six A.M. (1970)
  • Summertree (1971)
  • Napoleon and Samantha (1972)
  • One Flew Over the Cuckoo's Nest (1975)
  • Coma (1978)
  • Running (1979)
  • The China Syndrome (1979)
  • It's My Turn (1980)
  • The Star Chamber (1983)
  • Romancing the Stone (1984)
  • A Chorus Line (1985)
  • The Jewel of the Nile (1985)
  • Wall Street (1987)
  • Fatal Attraction (1987)
  • The War of the Roses (1989)
  • Black Rain (1989)
  • Basic Instinct (1992)
  • Shining Through (1992)
  • Oliver Stone: Inside Out (1992)
  • Falling Down (1993)
  • Disclosure (1994)
  • The American President (1995)
  • The Ghost and the Darkness (1996)
  • The Game (1997)
  • A Perfect Murder (1998)
  • One Day in September (1999)
  • Get Bruce (1999)
  • Traffic (2000)
  • Wonder Boys (2000)
  • Don't Say a Word (2001)
  • In Search of Peace (2001)
  • One Night at McCool's (2001)
  • The In-Laws (2003)
  • It Runs in the Family (2003)
  • Direct Order (2003)
  • The Beautiful Country (2004)
  • Tell Them Who You Are (2004)
  • You, Me and Dupree (2006)
  • The Sentinel (2006)
  • King of California (2006)
  • The Ghosts of Girlfriends Past (2006)
  • Beyond a Reasonable Doubt (2006)
  • Money Never Sleeps (2006)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]