Ana səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Nyamata Memorial Site 13b.jpg
Ruanda soyqırımı — hutu hökümətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Bu hadisə zamanı müxtəlif hesablamalara görə təxminən 500.000 və 1.000.000 arası insan həlak olmuşdur. Ölənlərin 70 faizi tutsilər idi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Soyqırım ruandanın siyasi elitası tərəfindən planlaşdırılıb ordu, jandarma və interaxamve, impuzamuqabi adlı xalq və dövlət tərəfindən dəstəklənən təşkilatlar tərəfindən həyata keçirilmişdir.

Kütləvi qətllər 1990-cı ildən Ruanda Vətənpərvər Cəbhəsi (RVC) ilə hutu höküməti arasında başlamış vətəndaş müharibəsi çərçivəsində baş verirdi. Ruanda Vətənpərvər Cəbhəsinin əksəriyyəti ölkədəki tutsilərə qarşı olan təqiblərdən qaçıb Uqandaya yerləşən qaçqınlardan ibarət idi. Prezident Juvenalya Xabiarimanaya olan beynəlxalq təzyiqlər 1993-cü ildə koalisyon hökümətin qurulmasını nəzərdə tutan Aruş razılaşmasının bağlanmasına gətirib çıxardı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Rus-nat-totmianina-marinin3.jpg
Tatyana TotmyaninaRusiyanı təmsil edən fiqurçu. Tatyana Totmyanina Marinin ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.

Totmyanina və Marinin cütlüyü həm də 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub.

Totmyanina və Marinin cütlüyü ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Flag of Azerbaijan.svg
Asiya ölkələrinin siyahısıAsiya qitəsində yerləşən 56 dövlət və əraziyə verilən ümumi ad. Asiya təxminən 44.391.000 km² sahəsi ilə dünya torpaqlarının 30 %-ni əhatə edir. 4,10 milyard əhalisi ilə dünya əhalisinin beşdə üçünə ev sahibliyi edir. Asiya qitəsi Avrasiyanın bir hissəsi olub Süveyş kanalıUral dağlarının şərqində yerləşərək Avropanın şərqdə qalan hissəsini əhatə edir. Şərqdə Sakit okeanBerinq boğazı, cənubda Hind okeanı və şimalda Şimal Buzlu okeanı ilə əhatə olunub.

Asiya qitəsində 61 dövlət və ərazi yerləşir. 48 dövlət BMT üzvüdür, 7 dövlət BMT tərəfindən tanınmır, 2 ərazi Çin Xalq Respublikasının özəl idarə bölgəsidir, 4 ərazi isə Böyük Britaniya ilə Avstraliyadan asılıdır.

Asiyanın ən böyük dövləti Rusiyadır və sahəsi 17.075.200 km²-dir. Çin Xalq Respublikası sahəcə qitənin ikinci ən böyük ölkəsi olsa da əhalisinin sayına görə həm qitədə, həm də dünyada birincidir. (sahəsi 9.596.960 km², əhalisi 1.338.612.968 nəfər). Qitədə ərazi 1 milyon km²-dən çox olan 9 dövlət var (Rusiya, Çin, Hindistan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, İndoneziya, İran, MonqolustanMisir). Əhalisi 100 milyondan çox olan cəmi 7 dövlət vardır (Çin, Hindistan, Pakistan, Rusiya, İndoneziya, Banqladeş, Yaponiya)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Close Wing mud-puddling position of Delias berinda (Moore, 1872) – Dark Jezebel.jpg