Lira

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Lira yun. λύρα , lat. lyra simli-dartımlı musiqi aləti. (Xordofon) Qədim dövrlərdən günümüzə qədər gəlib çatmış və müxtəlif ölkələrdə yayılmışdır.

Antik dövrdə Lira[redaktə | mənbəni redaktə et]

Ümumi xasiyyətnamə[redaktə | mənbəni redaktə et]

Qədim YunanıstanQədim Romada lira sözü geniş mənada istifadə olunur və lira ailəsinə—xelis (q.yun. χέλυς, lat. chelys, chelis hərf. tısbağa), barbit (q.yun. βάρβιτον, βάρβιτος, lat. barbitos, barbitus), Forminqa (q.yun. φόρμιγξ), kifara (q.yun. κιθάρα, lat. cithara) aid bütün alətlərə şamil edilirdi. Dar mənada isə , xelis Liraların içərisində çəkiyə görə ən yüngül və formasına görə ən sadə sinə deyilirdi.Xelis tısbağa çanağına öküz gönü çəkilmiş formada idi.

Alətin quruluşu[redaktə | mənbəni redaktə et]

Korpus (rezonator) dairəvi və ya dördkünc formada olurdu (yunanlarromalılarda yalnız dairəvi formada) , alətin iki qolu körpücüklə birləşdirilirdi. Simlər qoyun bağırsağından eyni uzunluqda hazırlanİran və korpusla körpücük arasında tarım çəkilirdi. Bütün antik lira larda çalğı texnikası eyni idi : musiqiçi aləti korpusa 45 dərəcə bucaq altında tutur , ya ayaqüstü (xüsusilə, kifara çalğısında) , ya da oturaraq çalırdı. Səsi sümük mizrabla əldə edirdilər.Sərbəst əlin barmaqları ilə isə çalğı zamanı lazım olmayan simlərin üzərinə qoymaqla susdururdular.

Liranın digər növləri[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Bərbəd

İstinadlar[redaktə | mənbəni redaktə et]

http://www.perseus.tufts.edu/hopper/text?doc=Perseus%3Atext%3A1999.04.0057%3Aentry%3Dlu%2Fra