Vikipediya:Tez-tez soruşulan suallar

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Ümumi suallar[mənbəni redaktə et]

Mən Vikipediyada necə işləyə biləcəyimi öyrənmək istərdim. Bu barədə məlumatı haradan əldə edə bilərəm?[mənbəni redaktə et]

Yeni başlayan istifadəçilərin bu məqaləni oxumaları məsləhətdir - Kömək:İlk məqaləniz

Azərbaycan Vikipediyasında fars (və ya ərəb) sözləri niyə mövcuddur? Bunları necə silə bilərəm?[mənbəni redaktə et]

XX əsrdə Azərbaycanda 3 dəfə əlifba dəyişdirilmişdir (ərəb-latın) və bu dilin daşıyıcılarının böyük əksəriyyəti (azərbaycanlıların 2/3-dən çoxu Cənubi Azərbaycanda yaşayır) yalnız ərəb qrafikasından istifadə qaydalarını bilir. 14 iyul 2015-ci ilə qədər Azərbaycanca Vikipediyanın Azərbaycan dilinin bütün daşıyıcıları üçün nəzərdə tutulduğunu nəzərə alaraq, onların da bu ensiklopediyadan daha rahat istifadə etməsi üçün ensiklopediya iki qrafika (xətt) üzrə fəaliyyət göstərirdi.

15-19 iyulda Meksikanın Mexiko şəhərində keçirilmiş Vikimaniya tədbirində Azərbaycan Respublikasından və Cənubi Azərbaycandan olan istifadəçilərin Vikimedia Fondunun nümayəndələri ilə keçirilən görüşündən sonra 14 iyul 2015-ci ildə ərəb əlifbalı layihəyə yəni Cənubi Azərbaycanca Vikipediyaya də rəsmi razılıq verilmiş və layihə həmin ilin 22 iyul tarixindən azb.wikipedia.org ünvanında fəaliyyətə başlamışdır. Bundan sonra ərəb qrafikalı məqalələr Cənubi Azərbaycanca Vikipediyaya köçürülmüşdür.

Səhifənin kənarları boyu düymələr və keçidlər nədir?[mənbəni redaktə et]

Onlar haqqında Vikipediya:Menyu izahı məqaləsindən məlumat əldə edə bilərsiniz.

Mən parolu unutmuşam. Nə etməliyəm ki, onu e-məktub vasitəsilə ala bilim?[mənbəni redaktə et]

Bunun üçün "Hesab açın" (yuxarıda sağ küncdə) səhifəsində istifadəçi adınızı daxil edib "parolu göndər" (aşağıda) düyməsinə basın.

Vikimedia Fondunun bacı layihələri bir-birinə nə dərəcədə yaxındırlar? Mümkündürmü ki, mən bir layihədə qeydiyyatdan keçim və hamısında eyni ad və paroldan istifadə edim? Yoxsa hər bir layihədə ayrı-ayrılıqda qeydiyyatdan keçmək lazımdır?[mənbəni redaktə et]

Təəssüf ki, hazırda hər bir layihədə ayrı-ayrılıqda qeydiyyatdan keçmək lazımdır. Gələcəkdə ola bilsin ki, bir hesabdan istifadə edildi. Sadəlik üçün siz bütün layihələrdə eyni ad və parolla qeydiyyatdan keçə və eyni bir e-məktubla onu təsdiq edə bilərsiniz.

Burada da idarəçilər olur?[mənbəni redaktə et]

Vikipediya - açıq, senzurasız, özünütənzimləyən layihədir. Lakin məqalələr Azərbaycan dilində elmi-bədii, ensiklopedik üslubda yazılmalıdır. İstifadəçilər bir-biri ilə ünsiyyətləri zamanı qarşılıqlı qəbul edilən və özünüifadə zamanı minimum təhqir edici və təzyiqli sözlərdən istifadə etməlidirlər. Layihənin idarəçilərinin qaydaları ardıcıl pozan istifadəçiləri bloklamaq hüququ var.

Mən qeydiyyatdan keçdiyim istifadəçi adını dəyişmək istərdim. Bunu necə edə bilərəm?[mənbəni redaktə et]

Viki-layihələrin istifadəçilərinin adlarını yalnız bürokratlar dəyişdirə bilər. Həmçinin bilməlisiniz ki, yalnız 5000-dən artıq dəyişiklik etmiş istifadəçilərin adları dəyişdirilir. Əks halda verilənlər bazasında çox böyük gərginlik yaranır.

Ekranımın ayırdetmə qabiliyyəti 800x600 və daha aşağı olduqda saytın dizaynı korlanır, şəkillər bir-birinin içinə girir. Nə etməliyəm?[mənbəni redaktə et]

Qeydiyyatdan keçmiş istifadəçilər saytın dizaynını təklif olunan digər variantlara dəyişə bilərlər. Bunu "nizamlamalardan" (yuxarı-sağ küncdə) etmək olar. Nostalgiya stilini seçməniz məsləhətdir.

.ogg fayllarına heç cür baxa və ya qulaq asa bilmirəm. Bunu necə edə bilərəm?[mənbəni redaktə et]

Ən sadə yol kompyuterinizə MPlayer proqramını yükləməkdir. Bundan əlavə müxtəlif platformalar üçün müxtəlif proqramlar da mövcuddur.

Məqalələrin redaktəsi[mənbəni redaktə et]

Şəkillərin yerləşdirilməsi necədir?[mənbəni redaktə et]

Eyni məqalələr arasında müxtəlif dilli layihələrdən keçidlər necə yarada bilərəm?[mənbəni redaktə et]

Bax- Vikipediya:İnterviki

Əgər mən yeni məqalə yaradandan sonra digər dillərdən anoloji məqalələrin ona keçid verməsini istəyirəmsə hər bir məqaləni ayrı-ayrılıqda açmalı və onların hamısında azərbaycandilli versiyaya keçid göstərməliyəm? Bu prosesi hansı yollasa avtomatlaşdırmaq mümkündürmü?[mənbəni redaktə et]

İngilisdilli və ya almandilli vikipediyaya və əksinə keçid qoymaq kifayətdir. Digər keçidlər müəyyən vaxtdan sonra özləri əmələ gələcəklər. Xüsusi proqram olan interwiki-bot vaxtaşırı bütün məqalələri gəzir və lazımi keçidləri qoyur. Yeganə tələb - iki məqalə arasında qarşılıqlı keçid olmalıdır. Həmçinin bax - Vikipediya:İnterviki .

İstiqamətləndirməni necə qoya bilərəm[mənbəni redaktə et]

Çox tez-tez məqalələrə başqa adlardan istiqamətləndirmə qoymaq zərurəti yaranır. Bunun üçün istiqamətləndirilən səhifənin daxilində #redirect[[İstiqamətlənən səhifənin adı]] sözlərini yazmaq lazımdır. Bu sözlərdən əlavə məqalənin daxilində başqa heç bir işarə olmamalıdır. Məqalənin adının dəyişdirilməsi zamanı bu cür səhifələr avtomatik olaraq yaradılır. İkiqat və daha çox istiqamətləndirmələr işlək olmur. Həmçinin bax - Vikipediya:İstiqamətləndirmə.

Daxili keçidlər: onları necə yaratmaq olar?[mənbəni redaktə et]

Həmçinin bax - Kömək:Məqalələrin redaktə qaydaları . Qısa şəkildə:

  1. Başqa məqalələrə keçid vermək üçün - sadəcə məqalənin daxilində həmin məqalənin adını ikiqat kvadrat mötərizədə yazın - [[Azərbaycan]]
  2. Məqalənin müəyyən bir bölməsinə keçid vermək üçünsə yuxarıda deyilən qaydalara əməl edib lazımi məqaləyə keçid vermək, daha sonra məqalə adının ardınca # işarəsini qoymaq gərəkdir. Misal üçün [[Vikipediya:Tez-tez soruşulan suallar#Ümumi suallar]]

Məqalənin uzun olması barəsində xəbərdarlıq alıram. Nə etməli?[mənbəni redaktə et]

Bəzən məqalələri redaktə edərkən səhifənin yuxarı hissəsində məqalənin həcminin 32 Kb-dən çox olması barəsində xəbərdarlıq yazılır.

Əslində, bu xəbərdarlıq artıq çoxdan köhnəlmiş brouzerlər üçündür və ona əhəmiyyət verməmək olar.

Formulları necə yaza bilərəm?[mənbəni redaktə et]

Formulların yazılması və redaktəsi barəsində geniş məlumat MetaVikidə verilmişdir. Həmçinin məlumatı Vikipediya:Formullar səhifəsindən ala bilərsiniz.

Ana səhifəyə necə dəyişiklik edə bilərəm?[mənbəni redaktə et]

Ana səhifə vandalizmə məruz qalmaq ehtimalı böyük olan digər həssas məqalələr kimi idarəçilər tərəfindən mühafizə edilir. Ana səhifənin dəyişdirilməsi barəsində konkret təklifi onun müzakirə səhifəsində verə bilərsiniz.

Texniki suallar[mənbəni redaktə et]

Səhifəni saxlayarkən yaranan problemlər[mənbəni redaktə et]

Mən yeni məqalə yaratdım, onu saxladım, amma açılan səhifədə "belə bir məqalənin olmadığı" yazılır. Nə etməli?[mənbəni redaktə et]

Qorxulu heç bir şey yoxdur - sadəcə səhifəni təzələmək, əgər yenə də məqalə görünməzsə bir qədər gözləmək (maksimum 1-1,5 dəq.) lazımdır. Bu vaxtdan sonra səhifəni təzələsəniz məqaləni görəcəksəniz. Məqaləni saxlayarkən xəbərdaredici qeyd çıxmayıbsa, sizin məqaləniz mütləq görünəcək.

Əksər hallarda bu cür problemlərlə bir daha qarşılaşmamaq üçün Vikipediya səhifələrinin keşdə (cache) saxlanılmasını qadağan etmək lazımdır. Əgər problem yenə də həll olunmamış qalırsa, demək, internetlə iş proksi-server vasitəsilə aparılır və proksidə keşlənməni qadağan etmək gərəkdir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, səhifələrin keşdə saxlanılmasını qadağan etmək sonda səhifənin yüklənmə sürətini zəiflədə və internet trafikinin artmasına səbəb ola bilər.

Məqaləni saxlayarkən onun spam-süzgəc vasitəsilə bloklu olduğu barədə xəbərdarlıq ekrana çıxır. Nə etməli?[mənbəni redaktə et]

Xəbərdarlıqda hansı xarici keçidin spam-süzgəcdən keçmədiyi göstərilir. Əgər həmin keçidin spam olmadığına inanırsınızsa, keçidin qarşısından "http://" prefiksini götürün və yaddaşa verin. Yox əgər xarici keçidin məzmunu barəsində şübhəniz varsa, onda onu silin.

Spam-süzgəclərin siyahısı m:Spam blacklist ünvanında yerləşir. Ünvanı siyahıdan çıxartmaq üçün bu səhifədə onu tapmaq və müzakirə səhifəsində sorğu qoymaq lazımdır (ingiliscə).

Mən yeni məqalə yaratmışam, amma Vikipediyada axtarış verəndə onu tapmır. Niyə?[mənbəni redaktə et]

Bu cür işləmək Vikipediya serverlərinin xüsusiyyətləridir. Müəyyən müddət (ola bilsin, bir neçə gün, hətta bəzən bir neçə ay) gözləmək lazımdır.

Botlar kimlərdir?[mənbəni redaktə et]

Bot - vikipediyada avtomatlaşdırılmış əməliyyatları yerinə yetirmək üçün istifadə edilən proqramlardır. Ətraflı bax - Vikipediya:Botlar

MediaWiki mühərriki barədə[mənbəni redaktə et]

Saytın mühərriki "açıq kodlu"durmu və onu başqa saytlarda istifadə etmək olarmı?[mənbəni redaktə et]

MediaWiki mühərriki GNU lisenziyasına uyğun şəkildə yayılır. Siz ondan öz saytlarınızda heç bir rüsum ödəmədən istifadə edə bilərsiniz.

MediaWiki mühərriki saytlardakı məlumatları qorumağa məhdudiyyət qoyurmu?[mənbəni redaktə et]

Heç bir məhdudiyyət yoxdur. Siz öz məlumatlarınızı qoruya biləcəksiniz.

Hər bir istifadəçi məqalənin adını dəyişdirmə hüququna malikdirmi?[mənbəni redaktə et]