Mişel Fuko

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Mişel Fuko
Paul-Michel Foucault
Michel Foucault.jpg
Doğum tarixi 15 oktyabr 1926(1926-10-15)[1][2][3][…]
Doğum yeri
Vəfat tarixi 25 iyun 1984(1984-06-25)[1][2][4][…] (57 yaşında)
Vəfat yeri
Vəfat səbəbi İnsanın immunçatışmazlığı virusu
Dəfn yeri
  • Vendeuvre-du-Poitou[d]
Vətəndaşlığı
İstiqaməti ateizm, Qitə fəlsəfəsi
Əsas maraqları fəlsəfə, tarix, sosiologiya
Təsirlənib İmmanuel Kant, Fridrix Nitsşe, Martin Haydeqqer, Batay Jorj, Karl Marks, Lui Altüsser, Ziqmund Freyd, Klod Levi-Stross
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Michel Foucault (1974)

Mişel Pol Fuko (fr. Michel Foucault, 15 oktyabr 1926, Puatye25 iyun 1984, Paris) — fransız filosof, mədəniyyət nəzəriyyəçisi və tarixçi.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Puatye şəhərində anadan olub. Atası məşhur cərrah idi və istəyirdi ki, oğlu da onun yolunu davam etdirsin. Gənc oğlunun içinə qapalı, cinayətə meylli olduğunu görən ata onu Müqəddəs Stanislas kollecinə təhsil almağa göndərir. Bu katolik məktəb idi və öz ciddi nizam-intizamı ilə tanınırdı. Məktəbdə Fukonun bacarıqları maksimum dərəcədə ortaya çıxdı və Müqəddəs Stanislas kollecini bitirdikdən sonra nüfuzlu IV Anri paris liseyinə daxil oldu. 1946-cı ildə onu əvvəllər imtahanlarında zəif nəticə göstərdiyi Pedaqoji instituta (École Normale Supérieure) qəbul edirlər, Fuko həm də bura qəbul edilən dördüncü tələbə olmuşdur. Tanınmış müəllim Marlo-Ponti Moris ilə fəlsəfəni öyrənərək, gənc Fuko təəccüblü intellekt nümayiş etdirdi. Bir neçə ildən sonra gənc oğlana fəlsəfə kafedrasının, sonra psixologiya kafedrasının lisenziyasını verdilər. Sonradan Fuko psixoterapiya kafedrasının diplomuna layiq görüldü. 1950-53-cü illər arasında Fransa Kommunist Partiyasında yer aldı. Partiyaya keçməsi Louis Althusser-in dəvəti ilə olub. Ancaq Stalinin SSRİ-dəki siyasi kursu onu partiyadan soyutdu və bir neçə ildən sonra Fuko partiyadan ayrıldı.

1954-cü ildən etibarən dörd il İsveçdə qalıb Uppsala Universitetində doktorluq işini yazdı. O dövrün «Uppsala Universiteti»ndəki pozitivist damar Fuko-un işini elmi saymadığı üçün qəbul etmədi. Daha sonra bir il Varşava Universitetində, növbəti il isə Hamburq Universitetində fransız dilindən dərs dedi.

1960-cı ildə Fuko Fransaya qayıdıb Klermon-Feran universitetində fəlsəfə kafedrasında dekan vəzifəsini yerinə yetirməyə başladı. Fukonun parlaq əməyi nəticəsində həmin il «Dəlilik və sivilizasiya» kitabı dərc edildi. Bu kitaba görə Fukoya doktorluq dərəcəsi verildi.

Elə həmin il Fuko, özündən on yaş kiçik olan fəlsəfə fakültəsinin tələbəsi Daniel Defertlə tanış olmuşdur. Defertin siyasi fəallığının formalaşmasında Fuko böyük təsir göstərmişdir. Fuko aralarındakı münasibəti çox sonralar “zaman-zaman sevgiyə bənzəyən, uzun müddətli bir təşnəlik” kimi təsvir etmişdi.

1966-cı ildə Daniel Defert könüllü olaraq Tunisə hərbi xidmətə gedir. Fuko da onun ardınca gedərək 1966-1968-ci illərdə Tunis universitetində ştatdankənar professor kimi çalışır, mühazirələr deyirdi. 1968-ci ildə birlikdə Parisə qayıdırlar. Fuko Vinsendəki Paris Universitetinin fəlsəfə kafedrasına rəhbərlik edir, Defert isə sosiologiyadan dərs deməyə başlayır.

1969-cu ildə “Kollec de Frans”da düşüncə sistemlərinin tarixi kafedrasının müdiri vəzifəsini alır. 23 may 1969-cu ildə hakimiyyətin qadağasına baxmayaraq Sen-Lui liseyində 1968 may hadisələri haqqında filmin nümayişini təşkil edir. Nümayişdən sonra lisey tələbələri Sarbonnanın həyətində mitinq edənlərə qoşulurlar. 1970-ci ildə Birləşdirilmiş Ştatlarda ilk mühazirələrini deyir. 8 fevral 1971-ci ildə Fuko "həbsxanalar haqqında informasiya qrupları" yaradılmasını elan edir. 1 may 1971-ci ildə Fuko və Jan — Mari Domenak "Sante" paris həbsxanasının qapısında kriminalistika dosyelərini məhv etməyə çağırış vərəqələri payladıqları üçün saxlanmışdırlar. 1972-ci ildə Fuko Nyu-York dövlət universiteti Buffaloda dərs deyir. Orada bir müddət əvvəl məhbusların qiyam keçirdiyi Nyu-York həbsxanasına baş çəkir. 16 dekabr 1972-ci ildə şübhəli şəraitdə komissarlıqda öldürülmüş əlcəzairli işçi Məhəmməd Diabanın xatirəsinə həsr olunmuş mitinq zamanı polis tərəfindən saxlanılır. 1975 —Kaliforniya universiteti Berklidə şəhvaniyyətin tarixi üzrə mühazirələr oxuyur. 1978-ci ildə"Corriere della sera" üçün İran hadisələri haqqında silsilə reportaj seriyası hazırlayır.

Fukonun 1966-cı ildə dərc olunmuş ikinci əhəmiyyətli əsəri “Kəlmələr və şeylər” (Les Mots et les choses) müqayisəli bir iqtisadiyyat, təbiət və dil elmləri işi idi. Çox satılan bu kitab Fukonun tanınmasında böyük rol oynadı. Üç il sonra “Bilginin arxeologiyası” (Archeologie du savior), 1975-ci ildə “Həbsxanının doğuluşu” (La Naissance de la Prison) əsərlərini çap etdirdi. Sonrakı illərdə ömrünün qalan hissəsini özünü “Cinsəlliyin tarixi” (Histoire de la sexualite) adlı əsərinə yazmağa həsr etdi. 1976-cı ildə kitabın ilk cildini nəşt etdirdi, tam bitməsə də, 1984-cü ildə Fuko dünyadan köçəndə kitabın ikinci və üçüncü cildləri də nəşr olundu.

1984-cü il 2 iyunda Fuko qəşş etdi və xəstəxanaya yerləşdirildi. Son iki ildə Fuko onu tez-tez zəiflədən xəstəliklərdən əziyyət çəkirdi. O, 25 iyun 1984-ci ildə Parisdə QİÇS-dən dünyasını dəyişib. QİÇS xəstəliyinin ona hardan gəldiyi bilinmirdi, çünki o zaman bu xəstəlik yeni yayılmağa başlamışdı. Yaradıcılıq irsinin nəşri və öyrənilməsi üçün 1986-cı ildə "Mişel Fuko Mərkəzi" Assosiasiyası yaradılmışdır.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması — 2011.
  2. 1 2 Michel Foucault
  3. Michel Foucault // Brockhauz Ensiklopediyası (alm.)
  4. Michel Foucault // Grove Art Online (ing.) / J. Turner[Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 1998. — ISBN 978-1-884446-05-4
  5. Almaniya Milli Kitabxanası, Berlin Dövlət Kitabxanası, Bavariya Dövlət Kitabxanası, Avstriya Milli Kitabxanası Record #11853453X // Ümumi tənzimləmə nəzarəti (GND) — 2012—2016.
  6. https://deces.matchid.io/id/M_O3exRw_e9d
  7. RKDartists