Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Trzy krzyze.jpg
Katın qırğını1940-cı ilin aprelmay ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qırğınların Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkara çıxarılan ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün məkan qırğına öz adını vermişdir.

Qırğın SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Istanbul University - Main gate.jpg
İstanbul Universitetiİstanbul şəhərində yerləşən, Türkiyənin ən qədim və köklü tədqiqat universiteti.

Əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuş, 1846-cı ildə isə Avropa təcrübəsinə əsaslanaraq yenidən formalaşdırılmışdır. 1933-cu ildən bugünkü adı ilə fəaliyyət göstərən qurum müasir Türkiyənin ilk ali təhsil ocağıdır. Hazırda, fakültə, institut, kollec və peşə məktəbləri olmaqla, ümumən 33 akademik vahiddə və irili-xırdalı 10 kampusda bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alan 68.300 tələbəsi vardır.

İstanbul Universiteti Koimbra qrupunun üzvüdür. Eyni zamanda, universitetin Biznes və İdarəetmə Fakültəsi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Türkiyədən üzv olan yeganə dövlət universitetidir. Nəqliyyat və loqistika fakültəsi isə, BMT nəzdnində fəaliyyət göstərən Beynəlxalq Yol və Nəqliyyat İttifaqı (IRU) tərəfindən akkreditasiya olunmuşdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Qara Yusif Bey leading Qaraqoyunlu army against Shirvanshahs.jpg
Qaraqoyunlu hökmdarlarının siyahısıQaraqoyunlu tayfa ittifaqını idarə edən hakim sülalə Baranlı sülaləsi olmuşdur. Baranlı sülaləsi mənşəcə oğuzların Yıva boyuna aid edilir. Qaraqoyunlular 11 hökmdar tərəfindən idarə edilmişlər. Ən çox hakimiyyətdə olan hökmdar Cahan şah olmuşdur. Onun hakimiyyəti dövrü 1436–1467-ci illəri əhatə edir və ümumilikdə 31 il təşkil edir.

Qaraqoyunlular qüdrətli dövrlərində hazırki Şərqi Anadolu, Azərbaycan, Suriya, İraq, İran, RusiyaGürcüstan ərazilərində hökm sürmüşlər. Ölkənin rəsmi məkanı əvvəlcə Ərciş, sonra isə Təbriz şəhəri olmuşdur.

Qaraqoyunlu hakimiyyətinin əsası Bayram xoca tərəfindən qoyulmuşdur. Cahan şahın 1467-ci ildə Səncəq döyüşündə Uzun Həsən tərəfindən öldürülməsindən sonra Qaraqoyunlular dağılma dövrünə qədəm qoydular. Ardınca Həsənəlinin və Yusif mirzənin öldürülməsi ilə Qaraqoyunlular süquta uğradılar və yerində Ağqoyunlular imperiyası yarandı.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
Hortus Botanicus Amsterdam. (actm.).jpg