Məzmuna keç
Airbnb-də təcrübəyə ev sahibliyi edin
Sevdiyiniz fəaliyyətlərdə insanlara rəhbərlik edərək pul qazanın.
Təcrübə nədir?
Bu, tipik bir turdan və ya dərsdan kənara çıxan, dünyanın hər yerində yerli sakinlər tərəfindən hazırlanan və idarə olunan bir fəaliyyətdir. Təcrübəyə ev sahibliyi etməklə şəhərinizi, sənətkarlığınızı, amalınızı və ya mədəniyyətinizi nümayiş etdirin.
Öz bildiyiniz qaydada bir fəaliyyət yaradın
Velosipedlə yemək turu, gecə işıqlı fotoqrafiya, qayıqda tapas keyfi və ya (keçilərlə) yoqa. İnsanların sınamaq istədikləri unikal fəaliyyət yaradın və idarə edin.
Sevdiyiniz işlə məşğul olun (və pul qazanın)
Küçə sənəti nümunələrini axtarmaq və ya günəş batımında sörfinqlə məşqul olmaq kimi ehtirasınızı mənfəətə çevirin. İşlədiyinizi hiss etmədən pul qazanın.
Amalınız üçün dəstəkçilər qazanın
Xilasetmə itləri ilə birlikdə piyada ekskursiyaya rəhbərlik edin və ya etik moda üzrə dərslər keçin. Humanitar məqsədiniz barədə məlumatlılığı tamamilə yeni formada artırın.

Bildiyinizi göstərin

Aşpazlıq, sənətkarlıq, kayakinq və s. kimi hər növdə təcrübə. Məşğul ola biləcəyiniz fəaliyyət sahələrinə heç bir məhdudiyyət yoxdur. Bu seçilmiş kateqoriyaları araşdırın.

Mədəniyyət və tarix
Şəhərinizdəki məşhur yerlər barədə hekayələri paylaşın.
Yemək və İçki
Yemək turu, aşpazlıq dərsi, nahar təcrübəsi və sairəyə ev sahibliyi edin.
Təbiət və açıq hava
Təbiət gəzintiləri, su idman növləri, dağ fəaliyyətləri və sairəyə rəhbərlik edin.

Öyrənməyə həvəsli insanlardan ibarət sayı getdikcə artan icmamızın sıralarına qoşulun

Ev sahibləri aşpazlar, sənətçilər, Djlər və digər sahələrdəki mütəxəssislərdir. Onlar dünyanın müxtəlif yerlərindən insanları bir-birinə yaxın hiss etdirir və təkrarı olmayan unikal məkanlara və fəaliyyətlərə çıxış təmin edirlər.

DJ Jigüe
DJ Jigüe, həyatını Afro-Kuba musiqisi üçün arzularını bölüşməyə həsr edib. Onun Kubanın kompleks musiqi tarixini göstərdiyi bəzi qonaqları hətta Texasın Ostin şəhərindəki çıxışında iştirak edib.
Cici
Şanxay sakini və yeməkxana sahibi Cici, kulinariyanın xoşbəxtlik gətirə biləcəyinə inanır. O, klassik Çin düşbərələrinin əyləncəli bir şəkildə necə hazırlandığını öyrətmək üçün qonaqlarını öz mətbəxinə dəvət edir.

Hər addımda biz sizin arxanızda dururuq

Ev sahibliyi ehtiyaclarınıza həsr olunmuş məqalə və ya bilgi kimi resurslar, siz və qonaqlarınız üçün 24/7 rejimində müştəri dəstəyi, təcrübəniz üçün elan və sair.

Tapşırıqlar
Planlaşdırma
Ödənişlər
Məlumat təhlilləri
Sizə uyğunlaşdırılmış alətlər
Sizə ətraflı məlumat təmin edən göstəricilər paneli, xidmətlərinizi daha da yaxşılaşdırmaq üzrə məxfi rəy, dünyanın hər bir yerindən qonaqlara axtarış nəticələrində görünmə qabiliyyəti, birbaşa ödəniş sistemi və s.
Əksər fəaliyyətlər üçün 1 milyon dollaradək sığorta təminatı
Canınız rahat olsun
Əksər təcrübələr üçün siz 1 milyon dollar məbləğinədək sığortalanacaqsınız. Üstəlik, 24/7 müştəri dəstəyinə giriş imkanınız olacaq. Bununla da həvəsinizin ardınca getməyə diqqət yönəldə biləcəksiniz. Ətraflı məlumat
Xəbərlər
Bonuslar
Tədbirlər
İnkişafınıza kömək edəcək rəhbərlik
Həftəlik bülletenlər, məqalələr və mənbələr ev sahibliyinizin hər addımında uğur qazanmağınıza kömək etməyə həsr olunmuşdur.

Necə başlamalı

Budur, başlanğıcdan sona qədər prosesə qısa bir baxış.

1
Keyfiyyət standartlarımız barədə öyrənin
Təcrübənizin səriştə, insayder imkanları və ünsiyyət üzrə təyin etdiyimiz səviyyəyə uyğun olduğundan əmin olun.
2
Təcrübə səhifəsi yaradın
İnsanlar sizi səhifəniz vasitəsilə tapırlar. Mütəxəssis olduğunuz sahəni vurğulamaqla və yüksək keyfiyyətli fotolar əlavə etməklə özünüz barədə müsbət ilkin təsəvvür yaradın.
3
Təcrübənizə ev sahibliyi etməyə başlayın
Təcrübəniz standartlara cavab verdikcə, tarix əlavə etməyə və ev sahibliyi etməyə hazırsınız.
Tez-tez verilən suallar
Tez-tez verilən suallar
Təcrübəyə ev sahibliyi etmək üçün evim olmalıdır?
Xeyr. Təcrübəli ev sahibi olmaq üçün qonaqları ev və ya məkanınızda qonaqlamaq şərt deyil.
Vaxt öhdəliyi nədir?
İstədiyiniz müddətdən bir ev sahibliyi edə bilərsiniz. Sizin üçün uyğun olanını tapana qədər tarix və vaxtları çəkinmədən tənzimləyin.
Mənə biznes lisenziyası lazımdır?
Daxil olan fəaliyyətlərdən asılı olaraq, müəyyən təcrübələr biznes lisenziyası tələb edə bilər. Təcrübəniz üçün hansı lisenziyaların tələb oluna biləcəyini müəyyən etmək üçün, xüsusilə qida, alkoqol və ya nəqliyyatın olduğu yerlərdə yerli qanunları yoxladığınızdan əmin olun. Ətraflı məlumat