COVID-19 ÜZRƏ TƏHLÜKƏSİZLİK

Hər qonaqlama üzrə yüksək standartlar

İNKİŞAF ETMİŞ STANDARTLAR

Təhlükəsizlik ümumi məsuliyyətdir

İcmamızın təhlükəsizliyi əsas prioritetdir. Dünyanın hər yerindən olan Airbnb ev sahibləri uzağa getmək istədiyiniz zaman rahatlığınızı təmin etmək üçün COVID-19 üzrə yenilənmiş təhlükəsizlik və təmizlik proseslərimizi yerinə yetirir. Bu, Airbnb-nin təhlükəsizlik standartlarında bir yenilikdir və bütün ev sahiblərindən* 20 noyabr 2020-ci il tarixinədək bu yeni tədbirlərə əməl etməyi xahiş etmişik.

İcmamızın təhlükəsizliyi əsas prioritetdir. Dünyanın hər yerindən olan Airbnb ev sahibləri uzağa getmək istədiyiniz zaman rahatlığınızı təmin etmək üçün COVID-19 üzrə yenilənmiş təhlükəsizlik və təmizlik proseslərimizi yerinə yetirir. Bu, Airbnb-nin təhlükəsizlik standartlarında bir yenilikdir və bütün ev sahiblərindən* 20 noyabr 2020-ci il tarixinədək bu yeni tədbirlərə əməl etməyi xahiş etmişik.

Maska taxmaq
Qonaqlar və ev sahibləri ünsiyyətdə olarkən maska taxmalıdır.
Sosial məsafə
Ev sahibləri və qonaqlardan qlobal sağlamlıq təşkilatlarının tövsiyə etdiyi kimi altı fut (iki metr) və ya daha çox sosial məsafə saxlamaq tələb olunur.
Geniş təmizlik
Dünyanın hər yerindən olan ev sahibləri mütəxəssis dəstəyi ilə hazırlanmış, beş addımlıq geniş təmizlik prosesinə sadiqdir.

GENİŞ TƏMİZLİK

Təmizlik vasitəsilə komfort

Ev sahiblərindən ilkin təmizlik şərtlərindən bütöv elanı sanitarlaşdırmağa qədər hər şeyi əhatə edən beş addımlıq geniş təmizlik prosesinə riayət etməyi xahiş edirik. Mütəxəssis dəstəyi ilə hazırlanmış proses icmamızın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımdır.

Ev sahiblərindən ilkin təmizlik şərtlərindən bütöv elanı sanitarlaşdırmağa qədər hər şeyi əhatə edən beş addımlıq geniş təmizlik prosesinə riayət etməyi xahiş edirik. Mütəxəssis dəstəyi ilə hazırlanmış proses icmamızın təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımdır.

YAXINLIQDAKI QONAQLAMALAR

Şəxsi məkan, izdihamdan uzaq

Ayrıca evlər. Təmassız girişlər. Açıq havada geniş məkanlar. Rahatlamaq üçün yer. Növbəti səfərinizi planlaşdırarkən sizin üçün ən vacib olan imkanlara sahib qalmağa yerlər tapın.

Ayrıca evlər. Təmassız girişlər. Açıq havada geniş məkanlar. Rahatlamaq üçün yer. Növbəti səfərinizi planlaşdırarkən sizin üçün ən vacib olan imkanlara sahib qalmağa yerlər tapın.

Suallarınız cavablandırıldı

Elanın yeni təhlükəsizlik və təmizlik təlimatlarına əməl etdiyini necə bilmək olar?

20 noyabrdan etibarən bütün ev sahiblərindən (Çin xaricində) COVID-19 ilə bağlı yeni təhlükəsizlik və təmizlik tədbirlərimizi yerinə yetirmək tələb olunacaq, əks halda, hesabları xəbərdarlıqlara, dayandırmalara və bəzi hallarda Airbnb platformasından çıxarılmaya məruz qala bilər. Ev sahibinin beş addımlıq geniş təmizlik prosesinə əməl edib-etmədiyini bilmək asandır - sadəcə olaraq ev sahibinin elan səhifəsinin yuxarısında parıldayan ikonanı və "Geniş Təmizlik" bölməsini axtarın. Airbnb-nin Geniş Təmizliyi haqqında ətraflı məlumat.

Bütün ev sahibləri və qonaqlar da qonaqlama zamanı Ümumdünya Səhiyyə Təşkilatının və ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin tövsiyə etdiyi, COVID-19 ilə bağlı vacib olan bəzi təhlükəsizlik tədbirlərinə riayət etməlidir. Bura ev sahibiniz kimi rezervasiyanıza aid olmayan şəxslərlə ünsiyyətdə olan zaman maska taxmaq və sosial məsafə saxlamaq daxildir. Əlbəttə, COVID-19 xəstəliyinə yoluxduğunuz və ya simptomlarını hiss etdiyiniz zaman ev sahibliyi, yaxud da səyahət etməməyinizi tövsiyə edirik. COVID-19 ilə bağlı icma sağlamlığı təlimatlarımızı nəzərdən keçirin.

Sağlamlıq və təhlükəsizlik tədbirləri üzrə xüsusi suallarla bağlı hər zaman Airbnb tətbiqində ev sahibinə müraciət edə bilərsiniz.

Mövcud rezervasiyanı necə dəyişə və ya ləğv edə bilərəm?

Rezervasiyanızı dəyişməli və ya ləğv etməlisinizsə, hazırkı ləğvetmə seçimləriniz haqqında daha çox təfərrüat üçün Airbnb veb-saytında və ya tətbiqində Səfərlər bölməsinə daxil olun. Bu resursu qonaqların ləğvetmə prosesləri və siyasətləri üzrə naviqasiyasına kömək etmək məqsədilə hazırlamışıq. 14 mart 2020-ci il tarixində və ya daha əvvəl rezervasiya bron etmiş və COVID-19 səbəbindən səyahət edə bilməyən qonaqlar ödənişsiz ləğvetmələr üzrə tələblərə cavab verir.Yüngülləşdirici hal siyasətimiz haqqında ətraflı məlumat.

Səyahətçi kimi Airbnb-nin COVID-19-a qarşı cavab tədbirləri barədə ətraflı məlumatı necə əldə edə bilərəm?

Səyahət məhdudiyyətləri, siyasətlər və s. haqqında məqalə və resurslar tapmaq məqsədilə səyahətçilər üçün COVID-19 resurs mərkəzimizə daxil olun.

Airbnb Təcrübələri üçün hansı COVID-19 siyasətləri yaradılıb?

Müvafiq dövlət qaydalarının icazə verdiyi ölkələrdə Airbnb Təcrübələri yenidən açılır. COVID-19-a yoluxduğunuz və ya özünüzü pis hiss etdiyiniz təqdirdə, qonaqların və ev sahiblərinin sosial məsafə saxlamaq, maska taxmaq və evdə qalmaq daxil olmaqla şəxsən təcrübələr üçün xüsusi təhlükəsizlik protokollarını təsdiq etməsi gözlənilir. Təcrübələr üzrə sağlamlıq və təhlükəsizlik təlimatlarımız haqqında ətraflı məlumat əldə edin.

Yalnız öz qrupunuzla təcrübə həyata keçirmək istəyirsinizsə, ayrıca bron haqqında düşünün. Qrup şəklində toplanmaqla bağlı narahatlıq hiss edirsinizsə və ya əraziniz üzrə şəxsən təcrübələr hələ açılmayıbsa, onlayn təcrübələrimizi yoxlayın.

Airbnb-də hansı yumşaq bron seçimləri mövcuddur?

Ləğvetmə siyasətləri ev sahibləri tərəfindən təyin olunur və elandan asılı olaraq yumşaq, orta və ciddi olaraq dəyişir. Hər bir qalmağa yer üzrə ləğvetmə siyasəti haqqında təfərrüatları hər elanın əsas səhifəsində tapa bilərsiniz. Yumşaq ləğvetmə siyasətləri ilə məkanlar tapmağı asanlaşdırmaq üçün yeni axtarış filtri əlavə etmişik. Yeni filtr haqqında ətraflı məlumat.

Ev sahibi kimi ətraflı məlumatı necə əldə edə bilərəm?

Ev sahibləri COVID-19 pandemiyası zamanı və ondan sonra ev sahibliyi etməyə kömək edəcək məqalə və resurslar tapmaq üçün COVID-19 resurs mərkəzimizə daxil ola bilər. Yaxud da Airbnb-nin beş addımlıq geniş təmizlik prosesi barədə ətraflı öyrənmək üçün geniş təmizlik üzrə təlimatımıza daxil olun.

20 noyabrdan etibarən bütün ev sahibləri COVID-19 ilə bağlı yeni təhlükəsizlik və təmizlik tədbirlərimizə riayət etməlidir. Bu tarixə qədər tələbləri təsdiq etməsəniz, hesabınız xəbərdarlıqlara, dayandırmalara və bəzi hallarda Airbnb platformasından çıxarılmaya məruz qala bilər.

Digər resurslar

COVID-19 ilə bağlı icma sağlamlığı təlimatları

Qlobal səyahət məhdudiyyətləri və tövsiyələri

Ləğvetmə siyasətləri

Ev sahibi resursları