Sosial media

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search

Sosial media sosial ünsiyyət və paylaşma üçündür, o, daha əlçatan və miqyaslı texnikalardan istifadə edir. Sosial media veb əsaslı texnologiyalardan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Andreas Kaplan və Maykl Haenlein sosial medianı belə təsvir edirlər: "Sosial media ideoloji və texnoloji veb 2.0 üsulları ilə istifadəçi tərəfindən yaradılmış məzmunun yaradılması və paylaşımını nəzərdə tutan internet əsaslı tətbiqetmələrdir."[1]. Biznesmenlər isə sosial medianı istehlakçı tərəfindən yaradılan media adlandırırlar.

Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. O, daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.[2]

Sosial media nümunələri[redaktə | əsas redaktə]

  • Xəbər saytları – bu elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet altələri mövcuddur.
  • Ünsiyyət vasitələri – (MSN, Skype, Google Talk və s.) – heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar.
  • Forum – insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Kaplan, Andreas M.; Michael Haenlein (2010) "Users of the world, unite! The challenges and opportunities of Social Media". Business Horizons 53(1): 59–68.
  2. Sosialmedia.net - Sosial media nədir?
  3. Sosialmedia.net - Sosial media nümunələri

Həmçinin bax[redaktə | əsas redaktə]